CNC Torna operatoru

İşin təsviri

Tələblər:

  • Təhsil: orta/texniki peşə
  • İş təcrübəsi: cnc torna operatoru 2  il ( dəqiq emal  və bənzəri sahədə)
  • Dinamik, korporativ iş mühitini bilən, komanda ilə işləməyi bacaran

İş öhdəlikləri:

  • Metal və qeyri-metal məmulatları kəsmək, əymək, formaya salmaq, tikmək, deşmək, oymaq, dəlmək, yiv açmaq üçün Rəqəmli Proqram İdarəetmə sistemlərini işə salmaq, istiqamətləndirmək və ya istismar etmək:
  • CNC torna və frez dəzgahlarının idarə edilməsi
  • Hissələrdə olan qüsurları və ya maşınlarda olan nasazlıqları aşkar etmək məqsədilə maşınların işləməsinə nəzarət etmək və ya müşahidələr aparmaq
  • Məmulatı əl ilə və ya qaldırıcı mexanizmlərdən istifadə etməklə valda, sıxıcı və ya bərkidici qurğuda, avtomatik yükləmə dəzgahında yerləşdirmək, nizamlamaq və prosesdə fasilə yaranmasına yol verməmək
  • Dəzgahlardakı uyğunlaşdırmaları və materiallara olan tələbləri müəyyən etmək məqsədilə işin texniki cizgilərini oxumaq
  • Qüsurların aşkar edilməsi məqsədilə hissələri yoxlamaq və maşınların işləmə dəqiqliyini müəyyən etmək üçün ştangenpərgar, metrə, mikro-metr, kalibr-skoba, kalibr-probka, şablon, mexaniki və ya avtomat ölçmə alətlərindən istifadə etməklə qiymətləndirmə aparmaq.
  • Əl alətlərindən istifadə etməklə frezer, kəsici mexanizmlər, bıçaqlar, qayka açarlar və fırçalar kimi yeyilən hissələrini dəyişdirmək və maşını sazlamaq

İş qrafiki:

  • 5 günlük iş rejimi
  • 08:00-17:00 iş saatları
  • 12:00-13:00 nahar fasiləsi

İş yeri: Şəmkir rayon, Zəyəm qəsəbəsi

Tələblərə uyğun olan namizədlər öz CV-lərini başlığa “CNC torna operatoru” yazaraq Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.

Zayam Technologies Park OJSC tərəfindən digər vakansiyalar