Aparıcı mexanika mühəndisi

  • PMD Projects LLC
  • Elanın qoyulma tarixi: 11.03.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“PMD Projects” MMC təcrübəli və səriştəli heyəti ilə Azərbaycanın müxtəlif bölgələrində yaşayış binalarının, mehmanxanaların, kənd təsərrüfatı təyinatlı obyektlərin, sənaye müəssisələrinin layihələndirilməsi və tikintisini, eləcə də müxtəlif biznes obyektlərinin təmir və bərpası işlərini həyata keçirir.

Hal-hazırda şirkətimizdə Aparıcı mexanika mühəndisi vakansiyası üzrə iş imkanı mövcuddur:

Vəzifə öhdəlikləri:

 İsitmə, soyutma, havalandırma, su təchizatı və kanalizasiya sistemləri, avtomatik yanğın söndürmə sistemlərinə (mexanik sistemlər) nəzarətin həyata keçirilməsi və müvafiq hesabatlara uyğunluğunun yoxlanılması;
 Layihələrin ilkin mərhələlərində, ilkin mühəndislik/dizayn yanaşmasını təmin etmək;
 Layihə tapşırığının mexanika üzrə tələblərinin, standartlarının müəyyənləşdirilməsi;
 Layihənin mexanika bölümünün dərindən araşdırılması, düzgünlüyünün yoxlanılması;
 Mexanika layihələrini layihəçi ilə müzakirə etmək;
 Mexanika işləri üzrə subpodratçının işinin keyfiyyətinə nəzarət etmək;
 Layihənin bütün mərhələlərində digər mühəndislik və memarlıq bölmələri ilə koordinasiyanın təmin edilməsi;
 Layihə şirkətlərindən təhvil alınan mexaniki layihələrin standartlara uyğunluğunun, sistemin tam şəkildə işləkliyinin yoxlanılması və aşkar olunan problemli sahələrin layihəçi şirkətlərə və birbaşa rəhbərinə bildirilməsi;
 Layihə şirkətlərindən təhvil alınan mexanika üzrə hesabatların yoxlanılması;
 Mexaniki işlərə aid bütün sistemlər üçün tender sənədlərinin hazırlanmasında texniki dəstəyin verilməsi;
 Tender prosesində şirkətlərdən gələn təkliflərin texniki dəyərləndirilməsi və qiymətləndirilməsi;
 Tikinti sahəsində mexaniki işlərin təhlili, yoxlanılması və koordinasiya olunması;
 Mexaniki cihazların təsdiq edilmiş layihə sənədləri və göstəriciləri əsasında spesifikasiyalarının təyini;
 Layihənin yekununda son texniki dəyərləndirmənin və yoxlamanın yerinə yetirilməsi;
 Yeni layihələrə cəlb olunduqda, mexanika sistemləri üzrə ilkin analiz və dəyərləndirmənin yerinə yetirilməsi;
 Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlər;

Tələblər:

 Ali təhsil: Müvafiq ixtisas üzrə bakalavr dərəcəsi
 İş təcrübəsi : Mülki tikinti sahəsində, oxşar vəzifədə 5 il iş təcrübəsi.
 Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis və Rus dilləri arzuolunandır
 Kompüter bacarıqları: MS Ofis proqramları, AutoCad.

Maraqlanan şəxslərdən CV və ya Müraciət ərizələrini vəzifə adı göstərilməklə [email protected] ünvanına göndərmələri xahiş olunur.
Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.