“A+CO” MMC "İnsan Resursları üzrə mütəxəssis" vəzifəsi üzrə işçi axtarışı elan edir.
Ümumi tələblər:
• Müvafiq ali təhsil;
• Göstərilən vəzifə üzrə ən azı 1 il iş təcrübəsi;
• Yaş həddi: 22-30;
• MS Office (MS Excel, MS Word, MS Outlook) proqramlarında işləmə bacarığı;
• AR Əmək qanunvericiliyi biliyi və Elektorn Hökumət portalı ilə işləmə bacarığı;
• Rus və ingilis dil bilikləri arzuolunandır.
Vəzifə öhdəlikləri:
• Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulunu, işdən azad edilməsini, əmək müqavilələrinin hazırlanmasını, elektron sistemə bildirişlərin daxil edilməsini, sosial sığorta kartlarının açılmasını təmin etmək;
• İşçilərin şəxsi işlərini formalaşdırmaq;
• Əmək kitabçalarına qeydiyyat aparmaq;
• İşçilərin icbari sığortasını həyata keçirmək;
• Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatları təqdim etmək;
• İş vaxtı uçotunun aparılması və lazımi sənədlərin əmək haqqı hesablanması üçün təqdim etmək;
• Departament Direktoru və ya Şöbə müdiri tərəfindən verilmiş aidiyyatı hesabatları vaxtında təqdim etmək.
Şəxsi keyfiyyətlər:
• Məsuliyyətlilik, diqqətcillik, inkişafa meyillilik;
• Ünsiyyət qurma və komanda ilə işləmə bacarığı.
İş şəraiti:
• İş yeri: Xırdalan şəhəri
• 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
• Nahar Şirkət tərəfindən təmin olunur;
• Əmək haqqı namizədin bilik və bacarığına uyğun müsahibə əsasında müəyyən olunacaq.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə "İnsan Resursları üzrə mütəxəssis" yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.