Layihə rəhbəri

İşin təsviri

Layihə rəhbəri

Vəzifələr:

• Layihənin planlaşdırılması, icrası, monitorinqi, nəzarəti və sonlandırılması;
• Layihə risklərinin idarə edilməsi;
• Tərtib edilmiş layihələri yoxlayaraq, tikinti işlərinə sürət və maliyyə baxımından təsir göstərəcək mövzularda tövsiyələr hazırlamaq;
• Tender və kommersiya təkliflərinin təhlili:
• Podratçılarla müqavilə bağlanmasına nəzarət edilməsi;
• Layihə çərçivəsində iş bölgüsü edillməsi, vəzifələrin təyin edilməsi;
• Mühəndislər və dəstək işçilərinin komandasına nəzarət və rəhbərlik;
• Tikinti layihəsi menecerləri və müştərilərlə qarşılıqlı əlaqə;
• Müvafiq orqanlardan tikinti işləri, avadanlıq və tikinti sahəsinin hazırlanması üçün icazə və lisenziyaların alınmasını təmin etmək;
• Büdcə çərçivəsində lazımi resursların (işçi qüvvəsi, avadanlıq və materiallar) müəyyənləşdirməsi;
• Layihə üzrə təqdimatların və hesabatların yoxlanılması və nəzarət edilməsi;
• İş proqramına uyğun olaraq, öhdəliyə götürülmüş inşaat layihəsini vaxtında, nöqsansız və müəyyən olunmuş keyfiyyətə uyğun olaraq icra etmək və layihənin əvvəldən axıra kimi koordinasiyasını təmin etmək;

Tələblər:

• Tikinti prosedurlarını və layihə idarəetmə prinsiplərini dərindən dərk etmək
• Tikinti / layihə idarəetmə proqramı ilə tanışlıq
• İnşaat, mühəndislik, inşaat elmi, biznes təşkili və idarə olunması və ya müvafiq sahələrdə ali təhsil
• Tikinti layihələrinin idarə edilməsində 10 il təcrübəsi (Kənd təsərrüfatı sahəsində tikinti idarəetmə təcrübəsinə üstünlük verilir)
• PMP və ya ekvivalent sertifikat üstünlük olacaq
• Güclü analitik bacarıqlar,
• Effektiv liderlik bacarığı,
• Dil bilikləri: azərbaycan,rus və ingilis (yüksək səviyyədə)
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarına yaxşı bələd olmaq

E - mail : [email protected]