İnsan Resursları üzrə Administrator

  • General Supply
  • Elanın qoyulma tarixi: 20.02.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

General Supply – dünyanın hər yerində təchizat zənciri, logistika, avadanlıq kirayəsi və saxlama kimi xidmətlər göstərən şirkət qismində tanınır. Komandamıza İnsan Resursları üzrə Administrator vəzifəsinə təcrübəli, ixtisaslı işçi tələb olunur.

Əsas vəzifə və öhdəliklər:

• Yaranmış vakansiyalar üzrə elanların paylaşılması;
• Elan olunan vakansiyalar üzrə namizədlərin axtarışı;
• E-sosial.az portalında vakansiyaların qeydiyyatı;
• Əmək qanunvericiliyinə uyğun işçilərin işə qəbulu, bir vəzifədən digər vəzifəyə keçidi, azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilməsi;
• E-gov.az hökumət portalında əmək müqavilələrinin qeydiyyata salınması;
• Şəxsi işlərin formalaşdırlması və uçotunun aparılması;
• Məzuniyyət qrafiklərinin tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq;
• Kadrların aylıq uçot-tabellərinin icra edilməsi;
• İşçilərə əmək qanunlarının tələbləri çərçivəsində cari və keçmiş əmək fəaliyətləri haqqında arayışlar vermək, kadrlar üzrə müəyyən olunmuş sənədləri icra etmək;
• Kadr Karguzarlığı ilə əlaqəli digər rəsmiləşdirilmələrin aparılması;

Namizədə qarşı tələblər:

• Ali Təhsil;
• İR sahəsində 1-2 il iş təcrübəsi;
• Azərbaycan,ingilis və rus dillərini əla səviyyədə bilməli;
• AR Əmək Məcəlləsini yaxşı səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı;
• Office programları üzrə biliklər;
• Təzyiq altında işləmə bacarığı;
• Komanda ilə işləmə bacarığı;

Əmək haqqı : 600+ AZN 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “IR Administrator” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.