Vergilər (vergi müsahibatlığı) üzrə mütəxəssis

İşin təsviri

Vergilər (vergi müsahibatlığı) üzrə mütəxəssis

İş təsviri:

• Vergi qanunvericiliyindəki dəyişiklikləri müntəzəm izləyərək, portfolio şirkətlərdə proseslərin müvafiq qaydada uyğunlaşmasını həyata keçirmək və nəzarət etmək;
• Vergi, Sosial müdafiə, Statistika və digər maliyyə nəzarət qurumlarına aylıq, rüblük, illik hesabatların və bəyannamələrin yoxlanılması və hazırlanması;
• Vergi və digər ödənişlərin düzgün icrasını monitorinq və təmin etmək;
• Rəsmi dövlət qurumları ilə əlaqədar yazışmalar və müzakirələr aparmaq;
• Vergi planlaması, risklər barədə daimi tədqiqatlar hazırlayıb, təqdim etmək;
• Şirkətdə istifadə edilən avtomatlaşdırılmış proseslərin təkmilləşdirilməsi istiqamətində təkliflər, təşəbbüslərlə çıxış etmək;
• Maliyyə bölməsinin, mühasibat uçotluğunun tələblərindən irəli gələn digər müvafiq tapşırıqları yerinə yetirmək;

Namizədə tələblər:

• Mühasibatlıq, maliyyə, hüquq istiqamətində ali təhsil vəya uzunmüddətli iş təcrübəsi;
• Ali təhsilə malik olduqda, minimum 2-3 il iş təcrübəsi;
• Vergi Məcəlləsi, Mülki, Gömrük məcəllələri, Sosial Sığorta haqqında və əmək qanunvericiliyi barədə biliklər;
• Mühasibat uçotu proqramları (1C arzuolunandır) və MS Ecxel üzrə ali səviyyədə istifadə biliyi;
• Məntiqi və analitik yanaşma;
• Azərbaycan dilində peşəkar səviyyədə yazılı və şifahi nitq qabiliyyəti;
• İngilis və rus dillərində biliklər arzuolunandır.

Qeyd: Məvacib barədə məlumat mütəxəssislik dərəcəsindən asılı olaraq, müsahibəyə dəvətdən öncə vəya müsahibə zamanı müzakirə ediləcək.

Maraqlanan şəxlər öz CV-lərinə mövzu hissəsinə “Vergi” yazmaqla [email protected] ünvanına göndərə bilərlər.

Agro Food Investments tərəfindən digər vakansiyalar