Qaynaq avadanlıqlarının təmiri üzrə elektrik çilingəri

İşin təsviri

Vəzifə öhdəlikləri: 1

• Qaynaq avadanlıqlarının qorunmasını təşkil etməli həmçinin onların tələb olunan parametrlə işləməsinə nəzarət etmək;
• Xüsusi mürəkkəb və iri qabaritli Qaynaq avadanlıqlarının əsaslı və orta təmirini təmin etmək;
• Qaynaq avadanlıqlarının mürəkkəb detalların, mexanizmlərin, hissələrin bərpası və dəyişdirilməsini təmin etmək;
• İşin təhlükəsiz yerinə yetirilməsini təşkil etmək;
• Dövlət Texniki nəzarət qaydalarına, başqa direktiv və rəhbər göstərişlərin yerinə yetirilməsinə nəzarət etmək;
• Dəqiqlik və səmərəliliyin yoxlanması, təmir edilmiş avadanlığın sınaqdan keçirilməsi və təhvil verilməsi;
• Qaynaq avadanlıqlarının düzgün saxlanmasına və istifadəsinə nəzarət etmək;

Təhsil/Təcrübə:

• Ali texniki təhsil;
• Analoji sahədə ən azı 5 il iş təcrübəsi;
• Azərbaycan dilini sərbəst bilməli;

Əlavə məlumatlar:

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
• İş qrafiki: 5 gün, 08:00 – 17:00
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Qaynaq avadanlıqlarının təmiri üzrə elektrik çilingər” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.