Metal konstruksiya üzrə mühəndis konstruktor

İşin təsviri

Namizədə dair tələblər:

• Sərbəst Azərbaycan dili
• Rus və İngilis dili arzuolunandır
• Kopmüter proqramları : Autocad, Tekla, Solidworks, Microsoft Ofice
• Minimum 3 il konstruktor kimi əmək fəaliyyəti olmalı
• Texniki ali təhsil
• Ünsiyyət və analitik düşünmə bacarığı olmalıdır;
• Komandada işləmək bacarığına sahib olmalıdır;

Vəzifələr:

 Avtomatik vasitələrdən istifadə etməklə məmulatların eskiz, texniki və işçi layihələrini işləyib hazırlanması.
 İşləri, hazırlanacaq konstruksiyaları texniki tapşırıqlara, standartlara, texniki təhlükəsizlik normalarına, istehsalatda iqtisadi texnologiyanın tələblərinə uyğun cavab verməsini təmin edir.
 Sxem və eskiz layihələri əsasında kinematik sxemləri, ümumi yığımın, konstruksiyanın ayrı-ayrı elementlərinin nəzəri bağlılığını tərtib edir.
 İşçi layihələrini yoxlayır və layihələrin, işin ixtisas va ya profili üzrə nəzarətini həyata keçirir, mürəkkəb hissələrin naturadan eskizini çıxarır.
 Texniki şərtlər və əvvəl işlənib hazırlanmış cizgilərdə dəyişiklik haqqında bildiriş vərəqələrini və başqa texniki sənədləri tərtib edir.
 Təcrübə üçün hazırlanmış nümunənin yaxud şablonların quraşdırılmasında, sınağında və istismara təhvil verilməsində, həmçinin konstruksiya olunan məmulatın təkmilləşmə, modernləşmə,vahid şəklə salınmasında iştirak edir.
 Xammala, materiala, əmək sərfinə qənaəti təşkil edir;
 İstehsal gücünün artırılması, məhsulun keyfiyyətinin yaxşılaşdırılması və əməyin təşkilinin təkmilləşdirilməsi üçün təkliflər verir.
 Sifarişçilərlə birlikdə layihə üzrə texniki tapşırıqların işlənib hazırlanmasına, eskiz və işçi layihələrinin müvafiq qaydada hazırlanmasına iştirak edir.

İş şəraiti:

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
Nahar ilə təmin edilmə
Yüksək əmək haqqı

Yuxarıda qeyd edilən tələblərə uyğun namizətlər CV-lərini mövzu yerinə Metal konstruksiya üzrə mühəndis konstruktor yazmaqla [email protected] elektron ünvanına göndərə bilərlər.