Boya üzrə keyfiyyət mühəndisi (QC)

İşin təsviri

Boya üzrə keyfiyyət mühəndisi (QC)

Namizədə dair tələblər:

• Sərbəst Azərbaycan dili
• Rus və İngilis dili arzuolunandır
• Kopmüter proqramları : Autocad, Microsoft Ofice
• Minimum 3 il keyfiyyət mühəndisi kimi əmək fəaliyyəti olmalı
• İstiqamət üzrə yaxud texniki ali təhsil
• Boya yoxlaması üzrə sertifikat
• Ünsiyyət və analitik düşünmə bacarığı olmalıdır;
• Komandada işləmək bacarığına sahib olmalıdır;

Vəzifələr:

 Müəssisəyə satın alınan və proses xəttində anbarlama əməliyyatlarına girən boya materialların (boya və qum xammalları, qatqılar, boya və qum üçün nəzərdə tutulmuş köməkçi vasitələr, avadanlıqlar və s.) davamlı nəzarətini aparmaq, uyğunsuzluqların sənədləşdirilməsi və rəhbərliyə məlumatın verilməsi (Giriş nəzarəti).
 Avtomatlaşdırılmış layihə sistemindən istifadə edərək yoxlamalar zamanı müvafiq görüntülərin və məlumatların əldə edilməsi:
 Görülən işlər və aparılan yoxlamalar ilə əlaqədar hər cür qeydlərin tutulmasına, sənədlərin tənziminə, müəyyən olunmuş məlumat axınına, iş axınına və hesabat sistemlərinə riayət etmək.
 Metal Konstruksiyaların qumlanması və boyanması zamanı bütün detalların təyin edilmiş addımlarda verilmiş standartlar əsasında yoxlanılmasının təmin edilməsi (Boya nəzarəti) və sənədləşdirilməsi.
 Təsbit etdiyi uyğunsuzluqları hesabat şəklində rəhbərinə bildirmək, aradan qaldırılmasını, qeydlərin tutulmasını və əlaqədar rəhbərə çatdırılmasını təmin etmək.
 Prosesdə istehsal nəticəsində uyğunsuzluq kəsb edən vəsaitlər istifadə edilərkən düzəldici və önləyici fəaliyyətlərə yerində nəzarət etmək.
 Mütəmadi sahədə işlərə, material dəyişikliklərinə və uyğunluqlarına istehsal rəhbəri ilə birlikdə nəzarət etmək, uyğunsuzluqlar üçün alına biləcək tədbirlərin müəyyənləşdirilməsi üçün rəhbərə təkliflər vermək və verilən qərarların icrasını təqib etmək.

İş şəraiti:

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
Nahar ilə təmin edilmə
Yüksək əmək haqqı

Yuxarıda qeyd edilən tələblərə uyğun namizətlər CV-lərini mövzu yerinə Boya üzrə keyfiyyət mühəndisi yazmaqla [email protected] elektron ünvanına göndərə bilərlər.