Araşdırma üzrə mütəxəssis

  • Elanın qoyulma tarixi: 18.12.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: Araşdırma üzrə mütəxəssis
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Tələb olunmur
Təhsil: Ali təhsil
Yaş həddi: 21-30

İşin Təsviri: Bazar araşdırmalarının aparılması və analiz edilməsi.

Vəzifə öhdəlikləri:

- Bazar araşdırmaları üçün sorğu formalarını hazırlamaq və sorğuları həyata keçirmək;
- Həyata keçirilən bazar araşdırmalarından əldə edilən nəticələr barədə təqdimat şəklində hesabat hazırlamaq;
- Fokus qruplarda məhsulların dequstasiyalarının aparılmasında iştirak etmək və sorğular keçirmək;
- Mütəmadi olaraq monitorinqlər həyata keçirmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və məsuliyyətli şəkildə yerinə yetirmək.

Tələblər:

- Microsoft Office proqramlarında peşəkar istifadəçi səviyyəsində işləmə qabiliyyətinin olması;
- Yüksək ünsiyyət və davranış keyfiyyətlərinin olması;
- Dəqiqlik və detallara fikir vermə qabiliyyətinin olması;
- Məntiqi biliklərin və yüksək analitik qabiliyyətin olması;
- Komandada işləmək bacarığı;
- Stressə davamlılıq;
- Ölkədaxili ezamiyyət imkanlarının olması;
- İqtisadiyyat və ya marketinq sahəsi üzrə ali təhsil;
- Rus dili biliyi arzuolunandır.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Araşdırma üzrə mütəxəssis” yazıb CV göndərməklə müraciət edilir.