İnsan resursları əməliyyatlarının idarə edilməsi şöbəsinə mütəxəssis

  • Damla Mebel MMC
  • Elanın qoyulma tarixi: 17.11.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Yerli brend Damla artıq Qazaxıstan, Gürcüstan, Rusiya, Türkmənistan, Tacikistan, Özbəkistan kimi ölkələrdə də Azərbaycanı təmsil etməkdədir.

Vakansiya: İnsan resursları əməliyyatlarının idarə edilməsi şöbəsinə “mütəxəssis”

Vəzifə öhdəlikləri:

 Əmək müqavilələrinin tərtibi;
 Əmək kitabçalarının tərtibi;
 Elektron hökümət portalına dəyişikliklərin işlənilməsi (işə qəbul, azad, yerdəyişmə);
 Əmrlərin yazılması;
 Razılaşmaların tərtibi;
 İşçilərdən izahatların alınması, qeydiyyatının aparılması;
 Tabellərin yoxlanılması və tərtibi.
 1C proqramına məlumatların daxil edilməsi.

Namizədə tələblər:

 Biznesin təşkili və idarə edilməsi fakultəsi üzrə ali təhsilli;
 Təcrübə tələb edilmir;
 Ünsiyyətqurma bacarığı, fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
 Analiz etmə bacarığı;
 Dəqiqlik və diqqətlilik;
 Word, Exel, Power-Point proqramlarından istifadə bacarığı;

İş şərtləri:

 Həftədə 6 iş günü, 1 gün istirahət;
 Əmək haqqı: 400 AZN, Sınaq müddətindən sonra 500AZN;
 Korporativ nömrə, işçilərin daşınması üçün nəqliyyat xidməti (Nəqliyyat xidməti 20 Yanvar metrosundan, Xırdalan və Sumqayıt şəhərləri istiqamətindəndir.) şirkət tərəfindən təmin ediləcək.

Karyera hədəfi:

 İR sahəsində dərindən təcrübə toplamaq imkanı qazanmaq, bu sahədə şirkət daxili inkişaf etmək;
 1C 8.3 proqramının öyrədilməsi.

Qeyd: olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “İR mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə uyğun seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.