Filiallarla iş departamentinin Filialların Optimizasiya şöbəsində müxtəlif vəzifələr

İşin təsviri

Azərbaycan Beynəlxalq Bankı Filiallarla iş departamentinin Filialların Optimizasiya şöbəsinə “Xəzinə”, “Pərakəndə müştərilərə xidmət”, “Korporativ müştərilərə xidmət” və “Pərakəndə kreditlər” istiqamətləri üzrə vakansiyalar elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Müasir Dövlət Bankının uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Optimizasiya olunacaq MXS-lərdə yeni proseslərin və qaydaların tətbiqi;
 Bank xidmətlərinin, daxili prosedurların, normativ sənədlərin və biznes proseslərin təkmilləşdirilməsinə dair işlərin görülməsi;
 MXS-lərdə aparılan proseslərin təhlili, mümkün olan halda avtomatlaşdırılması və mərkəzləşdirilməsi üzrə təkliflərin verilməsi;
 MXS-lərdən daxil olan müraciətlərin təhlili və qərarların verilməsi üçün rəhbərliyə məlumatın təqdim edilməsi;
 Görülmüş işlər üzrə rəhbərliyə hesabatların hazırlanması

Vakant vəzifə üzrə tələblər:

 İqtisadiyyat və ya riyaziyyat üzrə ali təhsil;
 Azərbaycan və Rus dillərini mükəmməl bilməli, İngilis dili arzuolunandır;
 Ofis proqramlarında sərbəst iş bacarığı;
 BPM, Bİ, Flexcube proqramlarında sərbəst iş bacarığı;

Xəzinə”, “Pərakəndə müştərilərə xidmət”, “Korporativ müştərilərə xidmət” və “Pərakəndə kreditlər” istiqamətləri üzrə vakansiyalarda müvafiq olaraq analoji istiqamətlər üzrə bank sektorunda minimum 3 il iş təcrübəsi tələb olunur.

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini 20 Noyabr 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən müvafiq vəzifə adının göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az