SƏTƏM mühəndisi

İşin təsviri

“Hidro İnşaat Servis” MMC, beynəlxalq və lokal sənaye layihələri üçün yüksək səviyyəli tikinti işlərini həyata keçirir. Şirkət yarandığı tarixdən ölkə daxilində və xaricində bir çox tikinti layihələrini uğurla başa vurmuşdur.

Şirkət SƏTƏM mühəndisi axtarır.

Namizədə dair tələblər:

• Ali təhsil.
• Ən azı 2 il əlaqədar iş təcrübəsi (Tikinti sahəsində təcrübə arzuolunandır).
• İxtisas üzrə əlaqədar diplom yaxud sertifikatların mövcudluğu vacibdir.
• Yazılı və şifahi ingilis dili yaxşı(Upper intermediate) səviyyədə olmalı.
• Ms Office(Outlook, Word, Excel) proqramlarında işləmə bacarığı.
• Qaydaların tətbiqi baxımından qətiyyətlilik, məsuliyyət, ünsiyyətçillik və insanlarla rahat münasibət qura bilmə bu vəzifənin uğurlu icrası üçün vacib keyfiyyətlərdir.

Əsas vəzifə öhdəlikləri:

• Tikintidə əməyin mühafizəsi işinin təşkili və əlaqaləndirilməsi, o cümlədən tikinti sahəsində aşağıda sadalanan vəzifə və öhdəlikləri düzgün yerinə yetirmək.
• İşçilər tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək, sənədləşmənin düzgünlüyünü təmin etmək.
• Bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlamaq və həyata keçirilməsinin təşkil edilməsinə çalışmaq.
• Təhlükəsiz əmək şəraitinin yaradılmasını və təlimatlandırılmaların keçirilməsini həyata keçirmək.
• Fərdi mühafizə vasitələrinin düzgün tətbiq edilməsini, avadanlıqların, mühafizə vasitələrinin müvafiq xidmətlər tərəfindən zəruri sınaqlarının və texniki müayinənin vaxtında keçirilməsini, qoruyucu və mühafizə vasitələrinin vəziyyətini nəzarətdə saxlamaq.
• Gündəlik, həftəlik və aylıq SƏTƏM yoxlamalarına aid hesabatlar tərtib etmək.

Əlaqədar vəzifə üçün nəzərdə tutulan iş qrafiki həftəlik 6 gündür. İstirahət günü bazar günüdür. Nahar yeməyi şirkət tərəfindən qarşılanır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini [email protected] elektron ünvanına, mövzu hissəsində vəzifənin adını qeyd edərək göndərə bilərlər.

Diqqətinizə çatdırlır ki; bütün müraciətlərə ayrı ayrı, diqqətlə baxılır və bütün namizədlərə ədalətli və bərabər imkanlar verilir. Elanda göstərilən xüsusiyyətlərə ən yaxın namizədlərlə əlaqə saxlanılır. Digər namizədlərin CV- ləri isə daha uygun vakansiyalarda dəyərləndirilmək məqsədilə portala əlavə edilir.