Ərazi üzrə audit

  • Damla Mebel MMC
  • Elanın qoyulma tarixi: 08.10.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Azərbaycanın ən böyük mebel istehsalçılarından biri olan “Damla” MMC 2012-ci ildən etibarən fəaliyyət göstərməkdədir. Artıq uzun illərdir ki, şirkətimiz təklif etdiyi mebellərin topdan satışını uğurla həyata keçirir. İstehsalat prosesində yalnız dünyaca məşhur şirkətlərin istehsalı olan, ekoloji cəhətdən səmərəli və sertifikatlaşdırılmış mebel materiallarından istifadə olunur.

Yerli brend Damla artıq Qazaxıstan, Gürcüstan, Rusiya, İran, Türkmənistan, Tacikistan, Özbəkistan kimi ölkələrdə də Azərbaycanı təmsil etməkdədir.

Vakansiya: Ərazi üzrə audit

Vəzifə öhdəlikləri:

 Mövcud satış nöqtələrinin debitor-kreditor qalqalıqlarının yoxlanılması;
 İşdən azad olan satış təmsilçiləri ilə satış nöqtələri üzrə üzləşmələrin aparılması;
 Yeni satış təmsilçisinin satış nöqtələri və marşurut xəritəsi üzrə tanış edilməsi;
 Potensial müştərilərin müəyyən edilməsi;
 Satış nöqtələri və regionlar üzrə optimal marşurut xəritələrinin qurulması;
 Anbar sayqılarında iştirak edilməsi;
 Yoxlama nəticələrinin aktının tərtib edilib rəhbərliyə təqdim edilməsi.

Namizədə tələblər:

 Ali təhsilli;
 Ünsiyyət qurma bacarığı, fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
 Hesabatların tərtib edilməsi sahəsində iş təcrübəsi
 Analiz etmə bacarığı
 Dəqiqlik və diqqətlilik
 1C (arzu olunandır) və Exel proqramından əla istifadə bacarığı;
 Ezamiyyətlərdə olmaq imkanı.

İş şərtləri:

 Həftədə 6 iş günü, 1 gün istirahət;
 Əmək haqqı: Namizədlə görüş zamanı müəyyən ediləcək.
 Korporativ nömrə, işçilərin daşınması üçün nəqliyyat xidməti şirkət tərəfindən təmin ediləcək.

Qeyd: olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Ərazi üzrə audit” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.