Elektron məhkəmə sistemləri üzrə mütəxəssis

İşin təsviri

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Dünya Bankı ilə birgə həyata keçirilən “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" Layihəsi çərçivəsində elektron məhkəmə sistemləri üzrə mütəxəssisi vəzifəsi üzrə

MÜSABİQƏ ELAN EDİLİR

Namizədlər aşağıdakı tələblərə cavab verməlidir:

• Hüquq sahəsində ali təhsil;
• Məhkəmələr daxil olmaqla, ən azı 5 illik iş təcrübəsi;
• Microsoft Office (Word, Excel, etc.), e-mail proqramları üzrə mükəmməl biliklər;
• Azərbaycan dilini mükəmməl bilməli və ingilis dilində ünsiyyət qurmaq bacarıqları; və
• Yüksək ünsiyyət, qərarların qəbul edilməsi, danışıqların aparılması və hesabatların hazırlanması vərdişləri.

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər Azərbaycan və İngilis dillərində tərcümeyi-hallarını (CV) 15 oktyabr 2019-cu il tarixinədək aşağıdakı elektron ünvana təqdim etməlidirlər: [email protected]

Maraqların ifadəsi üzrə bildiriş B.2/3.15-3.17-MX