İnformasiya texnologiyaları sistemlərinin idarəetməsi mütəxəssisi

İşin təsviri

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Dünya Bankı ilə birgə həyata keçirilən “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" Layihəsi çərçivəsində informasiya texnologiyaları sistemlərinin idarəetməsi mütəxəssisi vəzifəsi üzrə

MÜSABİQƏ ELAN EDİLİR

Namizədlər aşağıdakı tələblərə cavab verməlidir:

• İnformasiya texnologiyaları, kompüter, riyaziyyat və ya əlaqədar sahədə ali təhsil;
• İnformasiya texnologiyaları infrastrukturunun idarəolunması və ya oxşar sahələr üzrə ən azı 3 illik iş təcrübəsi;
• Linux, Microsoft Server əməliyyat sistemləri, server texnologiyaları, habelə şəbəkə infrastrukturuna dair biliklər;
• Microsoft MCP, MCSE, ITIL və əlaqədar sahədə təlim sertifikatları/diplomları olan namizədlərə üstünlük veriləcək;
• Azərbaycan dilini mükəmməl bilməli və ingilis dilində ünsiyyət qurmaq bacarıqları.

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər Azərbaycan və İngilis dillərində tərcümeyi-hallarını (CV) 15 oktyabr 2019ci il saat 18:00-dək aşağıdakı elektron ünvana təqdim etməlidirlər: [email protected]

Maraqların ifadəsi üzrə bildiriş B.2/3.18-MX