Ofis işləri üzrə mütəxəssis

İşin təsviri

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Dünya Bankı ilə birgə həyata keçirilən “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" Layihəsi çərçivəsində ofis işləri üzrə mütəxəssis vəzifəsi üzrə
MÜSABİQƏ ELAN EDİLİR

Namizədlər aşağıdakı tələblərə cavab verməlidir:

• İqtisadiyyat, menecment, biznesin idarə edilməsi və ya sosial elmlər sahələri üzrə üzrə ali təhsil;
• Oxşar vəzifələrin icrasında ən azı üç (3) illik iş təcrübəsi;
• Azərbaycan və ingilis dilləri üzrə mükəmməl biliklər;
• MS Office və oxşar proqramlarından mükəmməl istifadə etmə bacarığı.

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər Azərbaycan və ingilis dillərində tərcüməyi-hallarını aşağıdakı elektron ünvana təqdim etməlidirlər: [email protected]  

Maraqların ifadəsi üzrə bildiriş D/21.0-MX

Sənədlər 30 yanvar 2019-cu il saat 18:00-dək qəbul edilir.