İnşaat Mühəndisi

  • SMTS
  • Elanın qoyulma tarixi: 22.09.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İnşaat Mühəndisi

Tələb olunan iş Bacarığı:

- Layihə-smeta sənədlərini, iş həcmləri və spesifikasiyaları analiz etmək.
- Layihədə olan uyğunsuzluqların müəyyən edilməsi və müvafiq həll variantının verilməsi.
- Smetalarda olan uyğunsuzluqların müəyyən edilməsi və düzgün iş həcmlərinin hesablanaraq tərtib edilməsi.
- İş qrafikinin tərtib edilməsi.
- İşin yerinə yetirilməsində Risklərin Qiymətləndirilməsi və təhlükəsiz iş metodunun hazırlanması.
- İş Metodunun hazırlanması.
- İşlərin İcra Aktlarının hazırlanması.
- İcra aktları əsasında material, invertar, maşın-mexanizm, avadanlıq və s. sərfiyatının hesablanması və müvafiq hesabatların tərtib edilməsi.
- Maddi məsul şəxs olaraq material, avadanlıq, invertar, maşın- mexanizmin qənaətli sərfiyatının təşkil edilməsi, anbar işini təşkili.
- Tikinti quraşdırma işlərinin Azərbaycanda qəbul edilmiş normalara və Beynəlxalq normalara uyğun aparılma qaydalarını bilmək.
- Yerinə yetirilən işlərin; sahəyə gətirilən material, avadanlıq, maşın-mexanizm, invertarlar və s; Keyfiyyətini müəyyən etmək üçün Keyfiyyət Nəzarət işinin təşkili.
- Obyektdə iş qrafiki və İş metoduna uyğun Tikinti Quraşdırma İşlərinin təşkil edilməsi.

Tələb olunan təhsil və biliklər:

- Müvafiq sahədə Ali təhsil (İnşaat fakultəsi/ İnşaat mühəndisi)
- İnşaat mühəndisi olaraq Beynəlxalq tikinti layihələrində ən az 3 il (fasiləsiz) iş təcrübəsi
- Azərbaycan dilində əla yazmaq, oxumaq və fikrini ifadə etmək qabiliyyəti olmalı. (İngilis dilini texniki səviyyədə bildikdə əmək haqqına müsbət təsir edəcəkdir) - Yüksək kompüter bacarıqları (Microsoft Office, AutoCAD, Tekla )
- Komandada işləmək bacarığına sahib olmalı;

Digər tələb və şərtlər:

- Yaş həddi: 25-45 AZN
- Əmək haqqı 1500 - 2000 AZN (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur)
- İş rejimi: həftədə 6 gün, 09.00-dan 18.00-dək (nahar fasiləsi 2 saat)
- Nahar şirkət tərəfindən verilir

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində [email protected] elektron ünvanına mövzu yerinə “İnşaat mühəndisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.