Satış / Proqram Məsləhətçisi

  • Code Academy
  • Elanın qoyulma tarixi: 08.09.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında

Code Academy yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan tədris müəssisəsidir. Code Academy-nin məqsədi Azərbaycanda bu sahədə karyera qurmaq istəyənlərin potensialını dəyərləndirmək, fərdi və peşəkar inkişafı üçün onları lazımi məlumatlarla və praktiki vərdişlərlə təmin etməkdir.

Code Academy-nin təhsil strategiyasının əsas məqsədlərindən biri qlobal bazarda rəqabət apara biləcək kadrlar hazırlamaqdır. Sektorun dəyişən ehtiyaclarını qiymətləndirmək üçün şirkət rəhbərləri ilə davamlı ünsiyyətdə olan Code Academy bu sahənin gözləntilərinə uyğun təcrübəli mütəxəssislər yetişdirir. Code Academy rəqabətli məvacib və yüksək standartlara uyğun iş şəraiti təklif edir. Haqqımızda daha ətraflı məlumatı www.code.edu.az saytından ala bilərsiniz.

Vakansiya: Satış / Proqram Məsləhətçisi

İşin təsviri:

- Code Academy-nin tədris proqramlarının hədəflərə uyğun satışını təşkil etmək
- Müştərilərlə ünsiyyət qurmaq və onları məlumatlandıraraq tədris proqramlarına cəlb etmək
- Müştəri bazasının idarə olunması
- Code Academy adından sərgilərdə, konfranslarda iştirak

İş rejimi növbəli iş qrafiki ilədir.
İş saatları 10:00-19:00, 11:00-20:00 arasıdır.

Görmək istədiyimiz bilik və bacarıqlar

- Müvafiq sahədə ən azı 1 il iş təcrübəsinin olması
- Satışın psixologiyası və prinsipləri yaxşı bilmək
- Yüksək səviyyədə görüşlərin, danışıqların aparılması üzrə bacarıqlar
- Güclü təşkilatçılıq və vaxtı idarəetmə bacarığı
- Güclü ünsiyyət və təqdimat bacarığı
- Aktiv dinləmə qabiliyyəti - Komanda şəklində işləmək qabiliyyəti
- Azərbaycan dilini əla, rus və ingilis dillərini minimum orta səviyyədə bilmək
- Ofis proqramlarında yaxşı işləmə bacarığı - Dinamik, təşəbbüskar və nəticəyəyönümlü olmaq
- Analitik düşünmə qabiliyyəti, sürətli qərar verə bilmək
- Problem həlletmə və operativlik bacarığı
- Satış, Marketinq, İqtisadiyyat və ya Biznesin idarə olunması üzrə ali təhsil alanlara üstünlük veriləcək

Vəd etdiklərimiz

- Peşəkar heyətiylə professional formada inkişaf etdirəcək iş mühiti
- Tez böyüyən və bazarda müsbət nüfuza malik şirkətdə ekspertlərlə iş təcrübəsi
- Code Academy daxilindəki bütün dərslərə giriş imkanı
- Kompyuter, mobil telefon və korporativ nömrə
- Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi və bonus sistemi
- Tibbi sığorta təminatı

Özünü bu vakansiyaya uyğun hesab edən namizədlər [email protected] ünvanına başlıqda vəzifənin adı olmaqla öz rezümelərini, onlar haqqında rəy bildirəcək 2 nəfərin əlaqə vasitələrini (email və telefon nömrəsi) göndərsinlər. Başlıq və işə nə üçün maraqlı olduğunuzu ifadə edən bir paraqraf yazılmayan rezümelərə baxılmayacaq. Yalnız müsahibə mərhələsinə keçən namizədlərlə əlaqə saxlanılacaq.