Poliqrafiya və İT xidmətləri üzrə tender

İşin təsviri

Junior Achievement Azərbaycan Poliqrafiya və İT xidmətləri üzrə keçirilən TENDERDƏ iştirak etməyə dəvət edir.

Tenderdə iştirak edəcək şirkətlərə dair tələblər:

• Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olmalı;
• Maliyyə durumu qənaətbəxş olmalı;
• Satınalma müqaviləsinin icrasını təmin etmək üçün qeyd edilmiş sahədə peşəkar və təcrübəli olmalı;
• Texniki, maliyyə və işçi qüvvəsinə, idarəetmə səriştəsinə malik olmalı;

Tender çərçivəsində şirkətlərin seçimində üstünlük veriləcək şərtlər:

• Təqdim ediləcək məhsulların və xidmətlərin yüksək keyfiyyətli olması;
• Təqdim ediləcək məhsulların və xidmətlərin sərfəli qiymətə olması;
• Təqdim ediləcək məhsulların və xidmətlərin vaxtında çatdırılması;
• Ödənişlərin bank vasitəsi ilə həyata keçirilməsi imkanı;
• Sadələşdirilmiş vergi ödəyicisi olan şirkətlərə üstünlük veriləcək.

Əlavələr :

1_Poliqrafiya xidmetleri.doc )
İT xidmətləri.doc )

Tenderdə iştirak etmək istəyən şirkətlərin ətraflı yazılmış maraq məktubunu (şirkət, partnyorlar haqqında və s.) və qeyd olunmuş məhsul və xidmətlərin qiymət təkliflərini şirkətin rəsmi blankında əlaqələndirici şəxsin adını və bank rekvizitlərini qeyd edərək möhürlənmiş, imzalanmış formada təşkilatın [email protected] elektron ünvanına göndərməyi xahiş olunur.

Təkliflərin qəbulu üçün son tarix: 25.08.2019

Junior Achievement Azərbaycan İctimai Birliyi
Bakı şəhəri, AZ1065, Cəfər Cabbarlı küçəsi 44,
Caspian plaza 1.
Tel: (012) 436 76 48
(+994) 55 819 1151

Tender üzrə əlaqələndirici şəxs: Aytən Paşayeva

Junior Achievement Azerbaijan tərəfindən digər vakansiyalar