Müştəri əlaqələri üzrə Menecer

  • Elanın qoyulma tarixi: 05.08.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Müştəri əlaqələri üzrə Menecer

Vəzifə öhdəlikləri:

 Müştəri tərəfindən daxil olan şikayətlərin və narazılıqların araşdırılması və həll olunmasına çalışmaq;
 Müvafiq olaraq şikayətləri və sorğuları lazımı departamentlərə ünvanlamaq;
 Sifarişləri şirkətin fəaliyyəti üzrə istifadə olunan müvafiq sistem üzərindən qeydiyyatını və hərəkətini təmin və nəzarət etmək;
 Sifarişin icra olunması üçün ehtiyac duyulduqda xidmət və ya avadanlıqların qiymət təklifinin hazırlanmasını və müştəriyə təqdim edilməsinə köməklik etmək;
 İcrası təsdiq olunmuş sifarişlərin tədarük olunmasına nəzarət etmək;
 Tədarük olunmuş avadanlıqların qısa müddətdə müştəriyə çatdırılması üçün gərəkli tapşırığları vermək;
 Sifariş icra olunduqdan sonra tərtib olunaraq imzalanmış aktları qəbul etmək, düzgünlüyünü yoxlamaq, arxivləşdirmək və nüsxələrini mühasibatlığa təhvil vermək;
 Fəaliyyət sahəsində bütün sənədlərin düzgün tərtibi və onların saxlanılmasını həyata keçirmək;
 Şöbənin fəaliyyət sahəsi üzrə hesabatların hazırlanmasında iştirak etmək;
 Aylıq, rüblük və illik fəaliyyətini əks etdirən hesabatların hazırlamaq;

Tələblər:

 Ali təhsil;
 Rus və ingilis dillərini sərbəst bilməli;
 Kompüter proqramlarında sərbəst işləmək bacarığı;
 Ünsiyyəcil, yüksək danışıq qabiliyyəti ;
 İnkişafa meyilli olmalı;
 Kollektivlə işləməyi bacarmalı;
 Uyğun sahə üzrə 2 ildən yuxarı iş təcrübəsi;
 Texniki düşünmə bacarığı;
 Təqdimat bacarığının olması;

Maraqlanan namizdələrdən şəkilli CV-lərini [email protected] elektron ünvanına “Müştəri Əlaqələri üzrə Menecer” başlığı ilə göndərmələri rica olunur. Əmək haqqı uğurlu namizədlə müzakirə ediləcəkdir. Xahiş edirik nəzərə alasınız ki, yalnız uyğun olan namizədlər ilə əlaqə saxlanılacaqdır.