Boya istehsalı şirkəti üçün Təchizatçı
Əsas vəzifə öhdəlikləri:
• İstehsal üçün lazım olan müəssisənin daimi maddi-texniki resurslarla təminatının hazırlanmasında iştirak etmək
• İstehsalat ehtiyatlarının hazırlanması
• Tədarükçülərin axtarışını həyata keçirir
• Tədarükçülərlə sifarişlərin yerləşdirilməsi və tədarüklərin müddətini və şərtlərini razılaşdırmaq
• Maddi-texniki təminatın təşkil olunması
• Tədarükçülərlə müqavilələrin bağlanma və onlara əməl edilməsinə nəzarət etmək və bağlanma və onlara əməl edilməsinə nəzarət etmək və s.
• Qiymət araşdırması və qiymət siyasətinin düzgün aparılması
Şəxsi keyfiyyətlər:
• Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
• Işə operativ yanaşma və çətin vəziyyət zamanı çıxış yollarının göstərilməsi
• Dəqiqlik, məsuliyyət, pozitivlik
Namizədə tələblər:
• Boya, Tikinti və İstehsalat sahəsində iş təcrübəsi: 3-5 il
• Təchizat sahəsində yazışma və prosedurların düzgün aparılması
• Komanda ilə işləmə bacarığı
• Ali təhsil
• Azərbaycan-əla , ingilis- yaxşı ,rus dili- əla;
• Tədarükçülərlə və satıcılarla ünsiyyət bacarığı
• Şəxsi avtomobilin olması
• Micorsoft Office proqramlarını bilməlidir
İş şərtləri:
• Həftədə 6 iş günü, 1 gün istirahət;
• Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir; Sınaq müddəti olacaq.
• Korporativ nömrə və danışıq vaxtı və nahar şirkət tərəfindən təmin edilir.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerində (subject) “Təchizatçı ” qeyd edərək [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
Müraciət üçün son tarix: 30.06.2019