Mühasib

  • Polistar Boya
  • Elanın qoyulma tarixi: 20.04.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Mühasib

İş barədə məlumat

- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
- Vergi hesabatlarının (Sadələşdirilmiş, ƏDV, ÖMV, Mənfəət, Əmlak, Torpaq) hazırlanması və təqdim edilməsi
- DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
- Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
- Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
- Əmək haqqının hesablanması
- Bank, Kassa, Satış, Əmək haqqı sənədlərinin 1C 8.3 proqramına daxil edilməsi
- E-Qaimə Fakturanın tərtib olunması və göndərilməsi
- İş qrafiki: 1-5-ci günlər, 09:00-dan 18:00-dək, 6cı gün 09:00-dan 15:00-dək.
- İstirahət günləri bazar günü

Namizədə tələblər

- Ali təhsili ( Qeyd olunan sahə üzrə İxtisas)
- Cins - kişi/qadın
- Azərbaycan dilində mükəmməl danışıq bacarığı, Rus və İngilis dillərində danışıq arzuolunandır.
- Office və muhasibatlıq proqramları ilə işləmə bacarığı (MS Word, Excel, 1C 8.3 platformasında təcrübə mütləqdir)
- Mühasibat sahəsində ən az 2 il iş təcrübəsi
- Kollektiv ilə işləmə bacarığı

Xahiş edirik, mövzu hissəsində “Mühasib” yazaraq, öz CV-lərinizi Azərbaycan dilində (foto ilə) və iddia etdiyiniz əmək haqqı göstərilməklə [email protected] e-poçt ünvanına göndərəsiniz.
Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.