Əsas vəzifə öhdəlikləri:
1. Maliyyə institutları və digər emitentlərin maliyyə hesabatlarının (o cümlədən prudensial hesabatlarının) toplanması
2. Maliyyə bazarları və alətləri haqqında tələb əsasında zəruri məlumatların toplanması
3. Toplanmış alqı-satqı ilə bağlı və digər sənədlərin ESD sistemə daxil edilməsi
4. Toplanmış hesabat və məlumatların təhlil olunması üçün emalı.
Namizədə olan tələblər:
İş təcrübəsi : Tələb edilmir;
Təhsili/ixtisası : Ali - Maliyyə, Mühasibatlıq, Riyaziyyat, İqtisadiyyat və ya İqtisadi kibernetika ixtisasları üzrə bakalavr təhsili tələb olunur;
Dil bilikləri : Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərində yaxşı səviyyədə bilməlidir;
Kompüter bilikləri : Böyük məlumat bazaları ilə işləmək bacarığı; Excel proqramından yüksək səviyyədə istifadə, məntiqi düsturları qurmaq bacarığı; Outlook proqramından orta istifadə, korporativ yazışma prinsipləri ilə tanışlıq; Word və PowerPoint proqramlarından orta səviyyədə istifadə bacarıqları.
Üstünlüklər: Riyaziyyat, məntiq və statistika üzrə biliklər, mühasibatlıq üzrə ACCA və ya CFA proqramlarına üzvlük.;
Fərdi keyfiyyət tələbləri : Nəticəyə əsaslanma, inam yaratma, komanda işi və əməkdaşlıq, müştəri yönümlülük, problemlərin həlledilməsi, geniş perspektiv, gələcəyi planlaşdırma..
İmtiyazlar:
Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.
Digər məlumatlar:
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az, (012) 942
Vakansiya üçün müraciət qaydası : Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək İnvestisiya şöbəsinin kiçik mütəxəssisi vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.