Sığorta riski və ehtiyatların hesablanması şöbəsinin baş mütəxəssisi

  • PASHA Life
  • Elanın qoyulma tarixi: 16.05.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Struktur bölmə: Risklərin idarəedilməsi departamenti,Sığorta riski və ehtiyatların hesablanması şöbəsi
Vəzifə: Sığorta riski və ehtiyatların hesablanması şöbəsinin baş mütəxəssisi
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 1 (bir)
İş saatları (iş rejimi): 09:00 – 18:00
Son müraciət tarixi: 25 may 2019

Vəzifə Öhdəlikləri:

1. Risk iştahasının müəyyənləşdirilməsinə dair təkliflər vermək;
2. Cəmiyyətin qəbul etdiyi risk səviyyələri üzrə kənarlaşmalar barədə bir başa rəhbərinə məlumat vermək və onların aradan qaldırılması üzrə tədbirlər planının icrasına nəzarət etmək;
3. Sığorta riskləri üzrə hesabatların qaydalar çərçivəsində hazırlanmasını həyata keçirmək;
4. Daxili alətlərin/modellərin yaradılmasına, tətbiq edilməsinə və təkmilləşdirilməsində iştirak etmək.
5. Cəmiyyətin sığorta öhdəlikləri üzrə ehtiyatlarının hesablanmasını (Maliyyə Hesabtlarının Beynəlxalq Standartına uyğun və Nəzarət orqanının tələblərinə əsasən) aparmaq
6. Maliyyə Hesabtlarının Beynəlxalq standartına uyğun olaraq formalaşdırılmış sığorta öhdəlikləri üzrə ehtiyatların adekvatlığını ölçmək.
7. Şöbənin əsasnaməsindən irəli gələn digər vəzifələri yerinə yetirmək.

Namizədə olan tələblər:

İş təcrübəsi: Sahə üzrə 1 il iş təcrübəsi tələb olunur.
Təhsili/ixtisası: İqtisadiyyat, Maliyyə, Riyaziyyat, Tətbiqi riyaziyyat, Kibernetika
Dil bilikləri: Azərbaycan dilini əla, ingilis dilini orta səviyyədə bilməlidir
Üstünlüklər: Sığorta sahəsində 1 il iş təcrübəsi. Aktuar sertifikasiya imtahanlarında iştirak.
Kompüter bilikləri: MS Office (MS Excel yüksək səviyyədə olmaqla)
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, inam yaratma, komanda işi və əməkdaşlıq, müştəri yönümlülük, problem həlletmə, geniş perspektiv.

İmtiyazlar

Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (012) 942

Vakansiya üçün müraciət qaydası : Namizədlər https://pasha-life.az/about?lang=az#career  keçidinə daxil olmaqla “Sığorta riski və ehtiyatların hesablanması şöbəsinin baş mütəxəssisi” vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.

İşəgötürənin reytinqi