Korporativ Satış üzrə Mütəxəssis

  • Polistar Boya
  • Elanın qoyulma tarixi: 15.05.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Boya istehsalı şirkəti üçün Korporativ Satış Mütəxəssisi

Əsas vəzifə öhdəlikləri:

• Yeni BOYA Brendinin yerli korporativ bazarda tanınması
• Brendlə bağlı illik planın tərtibi, plan üzrə sifarişin icrası, planın yerinə yetirilməsi
• Bazarın araşdırılması yolu ilə yeni müştərilərin aşkar edilməsi və müştərilərlə yeni biznes münasibətlərinin qurulması
• Satışın düzgün şəkildə həyata keçirilməsi, satılmış məhsul və məhsulların dəyərinə uyğun məbləğin və müqavilələrin vaxtında və itkisiz hazırlanması
• Müştərilərlə rahat ünsiyyətin qurulması, onlara müəssisə, məhsul və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması
• Məhsul seçimində müştərilərə yardım edilməsi, lazımi məsləhətlərin verilməsi
• Yeni məhsul kataloqlarının və digər marketinq vasitələrinin yıgılıb sifariş etdirilməsi
• Qarşıya qoyulan hədəfləri və satış planını yerinə yetirmək
• Satışın artırılması üçün yeni Marketinq kampaniyalarının hazırlanması
• İstehlak məhsulları üzrə təcrübəli olmaq

Şəxsi keyfiyyətlər:

• Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
• Nitq mədəniyyəti
• Yüksək təqdimat bacarığı
• Ciddi nailliyətlər əldə etmək üçün işləmək həvəsi

Namizədə tələblər:

• Boya, Tikinti və İstehsalat sahəsində iş təcrübəsi: 3-5 il
• Korporativ Email yazmaq bacarığı
• Ali təhsil
• Azərbaycan, ingilis, rus dillərində sərbəst bilməli;
• Müştərilərlə konsultasiya və satışın reallaşdırılması bacarığı
• Güclü ünsiyyət və danışıq aparmaq qabiliyyəti
• Müştərilərə məhsulu təqdim etmək bacarığı
• Satış işinin qurulması bacarığı
• Məsuliyyət, dinamiklik
• Şəxsi avtomobilin olması
• Micorsoft Office proqramlarını mükəmməl bilmək
• Presentasiya etmək bacarığı

İş şərtləri:

• Həftədə 6 iş günü, 1 gün istirahət;
• Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir; Sınaq müddəti olacaq.
• Korporativ nömrə və danışıq vaxtı və nahar şirkət tərəfindən təmin edilir.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerində (subject) “Korporativ Satış üzrə Mütəxəssis” qeyd edərək [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

Müraciət üçün son tarix:  15.06.2019