İşin təsviri
                
                
                                
                İş şəraiti
	- İş yeri: Bakı şəhəri, Ağ Şəhər, Mərkəzi Bulvar küçəsi 4
 
	- Vəzifə: Satış təmsilçisi
 
	- İş rejimi: Flexible (esnek iş qrafiki)
 
	- Əməkhaqqı: Müsahibə əsasında müəyyən olunur
 
Vəzifə öhdəlikləri:
	- Tədris proqramları və kurslar barədə potensial müştərilərə ətraflı məlumat vermək;
 
	- Telefonla və üzbəüz ünsiyyət vasitəsilə yeni müştəriləri cəlb etmək;
 
	- Satış planına uyğun olaraq aktiv satışın təşkili;
 
	- Mövcud müştərilərlə müsbət münasibətləri qorumaq və davamlı əlaqə saxlamaq;
 
	- Rəhbərliyə satış hesabatlarının təqdim edilməsi.
 
Tələblər:
	- Satış və ya müştəri xidməti sahəsində təcrübə üstünlükdür;
 
	- Azərbaycan dilində səlis danışıq və yazı bacarığı (rus dili arzuolunandır);
 
	- Yüksək ünsiyyət və inandırma qabiliyyəti;
 
	- Aktiv, məsuliyyətli və nəticəyə yönəlmiş şəxsiyyət.
 
Biz təklif edirik:
	- Flexible iş rejimi;
 
	- Peşəkar və motivasiyalı komanda ilə işləmək imkanı;
 
	- Satışdan bonuslar və inkişaf perspektivləri;
 
	- Rahat və müasir iş mühiti.
 
CV-nizi mövzu hissəsində “Satış təmsilçisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.