Satış üzrə mütəxəssis

  • Maestro School
  • Elanın qoyulma tarixi: 06.02.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Nə edəcəksiniz:

  • Şirkətimizin xidmətləri üzrə ekspert olacaqsınız və müştərilərə bu məlumatları təqdim edəcəksiniz.
  • Satış hədəflərinə çatmaq üçün yaradıcı və enerjili bir şəkildə çalışacaqsınız – biz hədəf qoyuruq, siz bizə kömək edirsiniz!
  • Müştərilərlə sıx ünsiyyət quracaqsınız – suallarını cavablandıraraq onlara dəyər qatacaq xidmətləri satacaqsınız.
  • Potensial müştəriləri müəyyənləşdirib, onları bizimlə tanış edəcəksiniz.
  • Satışların artırılması üçün əyləncəli və təsirli təkliflər təqdim edəcəksiniz.
  • Yeni müştəriləri cəlb etmək üçün innovativ fikirlər təqdim edərək komandamızla səmərəli əməkdaşlıq edəcəksiniz.

Kimlərə ehtiyacımız var:

  •  Azərbaycan dilini səlis bilən (rus və ingilis dili üstünlükdür),
  • Komanda ruhunda işləməyi bacaran,
  • Ünsiyyətcil,
  • Öz üzərində işləyən və inkişafa meyilli,
  • Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli,
  • Analitik və təşkilati bacarıqları yüksək olan,
  • Vaxtını səmərəli idarə edən,
  • CRM sistemlərində və LinkedIn Sales Navigator təcrübəsi olan,
  • Satış sahəsində ən azı 1 il təcrübəsi olan fərdlərin axtarışındayıq.

Nə təklif edirik:

  • Əmək haqqı müsahibə əsasında təyin olunacaq – sizin bacarıqlarınıza uyğun mükafatlandırılma!
  • İş rejimi: Bazar ertəsi – Cümə. Gündəlik hesabatlılıq və dinamik iş mühiti.

Əgər özünüzü bizim komandanın bir üzvü olaraq görürsünüzsə, CV-nizi elektron poçt ünvanına göndərin və mövzu hissəsinə “Satış üzrə mütəxəssis” yazın!