İnsan resursları üzrə direktor

  • Collezione Italia
  • Elanın qoyulma tarixi: 06.05.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Collezione İtaliya”  “İnsan resursları üzrə direktor” vakansiyası elan edir:

İş barədə məlumat:

1. İnzibati və qanunvericiliklə bağlı işlər üzrə (Legal responsibilities):
a. Ofisdaxili və satış salonunda idarəetmə işlərinin həyata keçirilməsi;
b. İnsan resurslarının kadr inzibatçılığı və ya kadr işinin təşkil olunması;
c. Gündəlik uçot-qeydiyyat işlərinin və kadr işi ilə bağlı rəsmiləşdirmə işlərinin təşkili;
d. İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, əmək muqavilələrinin yazılması, Elektron Hökumət Portalına daxil edilməsi, vəzifə təlimatlarının hazırlanması, sosial sığorta şəhadətnamələrinin sifariş olunması işinin təşkili;
e. Məzuniyyət qrafiklərinin, işəqəbul, xitam, məzuniyyət, ezamiyyə və s. əmrlərinin tərtib edilməsi, işçilərin davamiyyət uçotunun aparılması işinə nəzarət olunması;
f. Aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması və dövlət orqanlarına təqdim olunması;
g. Sosial müavinətlərin hesablanması;
h. İşçilərin icbari sığortasının və tibbi sığortanın həyata keçirilməsinə nəzarət olunması;
i. İnsan resursları şöbəsinə aid hesabatların tərtib edilməsi, rəhbərliyə və ya şöbələrə təqdim edilməsi;
2. İşəqəbul prosesinin təşkili ilə bağlı işlər (Recruiting, hiring and employee orientation) :
a. Şirkətin strateji hədəflərinə xidmət göstərən taktiki və əməliyyat planlarının icrasının təşkil olunması;
b. Kadrlara olan tələbin müəyyənləşdirilməsi, vakansiyaların elan edilməsi və uyğun namizədlərin seçilməsi;
c. İşəqəbul və oriyentasiya planının hazırlanması, plana uyğun olaraq yeni işçinin oriyentasiya olunması, sınaq müddətində izlənməsinin təşkil olunması;
d. İşə qəbul prosesində müsahibələrin keçirilməsi, testləşdirmənin aparılması, təlimlərin təşkili, təlimlərin keçirilməsi, iş analizi müsahibələrinin keçirilməsi və s.; 
e. Kadr bazasının yaradılması, işçilər barədə hesabatların tərtib edilməsi.
3. İR strategiyası üzrə iş öhdəlikləri (employee retention, pay and benefits, motivaton ):
a. Şirkətdə yüksək nəticə və ya xidməti fəaliyyət nümayiş edirən işçilərin şirkətə bağlılığının təmin olunması;
b. Rəhbər vəzifələrə aid olan kritik vəzifələr üçün davamçıların planlaşdırılması;
c. Mükafatlandırma və motivasiya sisteminin işləyib hazırlanması;
d. İR strategiyasının və siyasətinin hazırlanması;
e. İR audit işlərinin həyata keçirilməsi;
f. Performans indikatorlarının və digər strateji əhəmiyyətə malik işlərin planlaşdırılması və həyata keçirilməsi;
g. Xidməti fəaliyyətin qiymətləndirilməsi prosedurunun hazırlayıb həyata keçirilməsi; 
h. Kadr axınının səbəblərinin araşdırılması, kadr axınının qarşısının alınması üçün tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi;
i. İstedadların və insan resurslarının idarə edilməsi prosedurunun işlənməsi və hayata keçirilməsinin təşkil olunması;
4. Təlimlər üzrə (Training and development):
a. Təlim və inkişaf prosedurunun işlənib hazırlanması və həyata keçirilməsinə nəzarət olunması;
b. Təlimlərə ehtiyacın müəyyən olunması;
c. Daxili və xarici təlimlərin təşkil olunması;
d. Təlimin və təlimçinin dəyərləndirilməsi prosesinin işlənib hazırlanması və həyata keçirilməsi;

Tələblər:

- AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
- İnsan resurslarının idarə olunması, funksiyaları, prosedurları haqqında mükəmməl biliyə malik olmalı;
- Elektron Hökumət Portalı ilə yüksək səviyyədə işləmə bacarığı;
- Menecment, psixologiya və ya insan resursları sahəsində ali təhsil;
- Azərbaycan və rus dillərini yüksək səviyyədə bilməli;
- MS Office proqramlarını, xüsusilə MS Excel proqramını yaxşı səviyyədə bilməli;
- İnsan resursları sahəsində 7 ildən az olmayan iş təcrübəsi;

Qeyd:

İş vaxtı - saat 10:00-19:00
Əməkhaqqı – 2000-2500 manat (NET)

Qeyd olunan tələblərə uyğun olan namizədlərdən öz CV-lərini  məktubun mövzu hissəsində “Head of HR” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.