Collezione Italia


Collezione Italia - Avropanın ən böyük premium mebel və aksesuarların multibrend şourumudur. Öz seqmentində lider olan şourum Avropanın 300-dən çox məşhur, böyük tarixə və ənənəyə malik lüks manufakturalarının dəbdəbəli, şıq interyer predmetlərini təqdim edir. Premium ekspozisiya məkanı bir sıra İtaliya və Avropa brendlərinin Azərbaycandakı eksklüziv təmsilçisidir. Çox geniş – 3 mərtəbəli 35 min kvadrat metrlik böyük bir ərazini əhatə edən şourumda hər növ mebel (yataq, qonaq, iş, yumşaq, mətbəx), santexnika dəstləri və aksesuarları, qapı-pəncərə və parket, çilçıraqlar, ev tekstili, pərdə, divar kağızları təqdim olunur. Bura sadəcə şıq dizaynın sərgiləndiyi ünvan deyil: Collezione Italia yaşam məkanlarının tərtibatı, dekorasiyası və mebellə təchiz olunması prosesində ən son dəb axınlarını və unikal trendləri diktə edir.

 

İnteryerin bütün cərəyanları məhz Collezione Italia-da mərkəzləşib: ənənəvi klassika və teatral barokko, məxmər, ipək və divar xalıları ilə fərqlənən Venesiya tərzi, özünü hər zaman təbiətlə yanaşı hiss etmək istəyənlər üçün ekostil, zamanını qabaqlayan hay-tek, hər detalı ilə Paqanini və Verdi musiqisini andıran romantizm, iddialı və cəsarətli modern, fransız şarmı ilə dolu provans... Bütün bunlar premium şourumda təqdim olunan tərzlərdən sadəcə bir neçəsidir.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?