İnsan Resursları Biznes Tərəfdaşı

İşin təsviri

Ulduz Şokolad Fabriki

Vəzifə: İnsan Resursları Biznes Tərəfdaşı
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 1-3 il
Təhsil: Ali təhsil (MBA təhsili üstünlükdür)
Yaş həddi: 23-35 yaş

Vəzifə öhdəlikləri:

- İşə qəbul prosesinin həyata keçirilməsi;
- Şirkət üzrə Perfomans Dəyərləndirmə prosesinin həyata keçirilməsi;
- Şirkətin işə qəbul və yerləşdirmə müddətində lazımi proseslərə nəzarət edilməsi;
- İR üzrə siyasət və prosedurlarının tətbiqi və riayət olunmasına nəzarətin təmini;
- Xidmət etdiyi biznes vahidi üçün lazımi təlimlərin müəyyən olunması və təşkilində iştirak edilməsi;
- İşəgötürən-işçi münasibətlərinin tənzimlənməsində iştirak edilməsi;
- İşə qəbul hesabatlarının hazırlanması;
- Aylıq, 6 aylıq və illik İnsan Resursları hesabatlarının hazırlanması;
- İşə qəbul olunan işçilərə orientasiya və adaptasiya təlimlərinin verilməsi;
- Sınaq dövrü sonunda dəyərləndirmənin aparılması;
- İşdən ayrılan əməkdaşla çıxış müsahibəsinin (exit-interview) aparılması, aylıq çıxış səbəbləri və şirkət dəyərləndirmə hesabatlarının hazırlanması;
- Şirkətdaxili strukturların qurulması və yenidən qurulması prosesində iştirak edilməsi;
- Kadr ehtiyaclarının analizi, müəyyən olunması və planlanması;
- İşçilik büdcələrinin hazırlanması;
- Hesabatların rəhbərliyə təqdimat (presentation) şəklində təqdim edilməsi.

Tələblər:

- İşə qəbul müsahibələrinin aparılması bacarığı;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri;
- Performansın idarəedilməsi sahəsində biliklər;
- İş və iş yükü analizlərinin aparılması barədə məlumatlılıq;
- MS Office kompüter proqramlarından istifadə etmək bacarığı (Excel bilikləri yaxşı səviyyədə olmalıdır);
- Analitik düşünmə qabiliyyəti;
- Rus və İngilis dillərini bilmək üstünlükdür.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: CV-nizi [email protected]  elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “İnsan Resursları Biznes Tərəfdaş” yazıb göndərməklə və ya aşağıdakı linkə daxil olub şəxsi kabinet yaradaraq müraciət edə bilərsiniz.