Vergi uçotu üzrə mühasib

İşin təsviri

Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir..

Vəzifə: Vergi uçotu üzrə mühasib
İş yeri: Bakı şəhəri, Ulduz Şokolad Fabriki
İş təcrübəsi: Minimum 3 il mühasibatlıq sahəsində iş təcrübəsi
Təhsil: Ali iqtisadi təhsil
Yaş həddi: 25-35

İşin Təsviri: Vergi hesabatlarının hazırlanması.

Vəzifə öhdəlikləri:

- Şəxsi hesab vərəqələrinin gündəlik təqib edilməsi;
- Vergi, DSMF, Statistika hesabatlarının təqdim olunması;
- Kameral uyğunsuzluqların yoxlanılması və uyğunsuzluqlara cavabların yazılması;
- Mənfəət və zərər hesabatının tərtib edilməsi;
- Balans hesabatının tərtibi və vahid formatın hazırlanıb təqdim edilməsi;
- Balans maddəsi üzrə digər maddələrin ilkin sənədlərlə yoxlanılması;
- Əsas vəsaitlərin qanunvericiliyə uyğun amortizasiya və təmir xərclərinin yoxlanılması;
- Debitorlar üzrə qalıqların yoxlanılması;
- Yerli və xarici kreditorlar üzrə daxili hesabatların verilməsi;
- Proqnoz balansının hazırlanması;
- Kassa kitabına, bank əməliyyatlarına və qaimə-fakturalara nəzarət edilməsi;
- Pul vəsaitlərinin hərəkəti hesabatının tərtib edilməsi.

Tələblər:

- Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə biliklərin olması;
- Komanda ilə işləmə bacarığının olması;
- ACCA, CIMA və IFRS üzrə biliklərin olması arzu olunandır;
- Logo Unity proqram biliyinin olması arzu olunandır.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- Servis xidməti
- Nahar ilə təmin edilmə

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Vergi uçotu üzrə mühasib” yazmaqla CV göndərərək müraciət edilir.