Marka Meneceri

İşin təsviri

Ulduz Şokolad Fabriki

Vəzifə: Marka Meneceri

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Minimum 2 il
Təhsil: İqtisadiyyat, Biznesin təşkili və ya Marketinq ixtisasları üzrə ali təhsil

İşin Təsviri:

Brend dəyəri yaradılması və ya gücləndirilməsi üçün kommunikasiya strategiyasının, fəaliyyət planının və büdcəsinin  təyin edilməsi, strategiyaya uyğun məhsulların bazarda irəliləməsi və mövqeləndirilməsinin təmin edilməsi.

Vəzifə öhdəlikləri:

- Bazar araşdırması həyata keçirərək istehlakçı ehtiyaclarının müəyyənləşdirilməsi və bu ehtiyaclara uyğun məhsul təklifinin edilməsi;
- Məhsul xətti üzrə marketinq strategiyasının müəyyənləşdirilməsi və marketinq planının hazırlanması;
- Yeni məhsul yaradılması prosesinə liderlik edilməsi, məhsul ideyasından bazara çıxışına qədərki mərhələlərin idarə olunması;
- Rəqiblərin fəaliyyətini təhlil edərək məhsulların rəqabət üstünlüyünün qorunmasının təmin edilməsi;
- Məhsul xətti üzrə mənfəətlilik hədəflərinin təyin edilməsi, məhsul mənfəətliliyindən cavabdeh olaraq kommersiya qərarlarının verilməsində iştirak edilməsi;
- Məhsul çeşidləri üzrə tələb proqnozlaşdırılmasının həyata keçirilməsi, satış və istehsal planlarının effektiv və düzgün təyin edilməsinin təmini;
- Marketinq strategiyasına uyğun kommunikasiya, ticari marketinq büdcələrinin təyin edilməsi, effektiv idarə olunmasının təmin edilməsi;
- Şirkət daxilində  Satış, İstehsal, Planlama, Satınalma, Marketinq Kommunikasiyaları, Ticari Marketinq, İnkişaf və Təkmilləşdirmə, Keyfiyyətə Nəzarət Şöbələri ilə çalışaraq məhsul üzrə qərarların icrası üçün müvafiq koordinasiyanın təmini və liderlik  edilməsi;
- Məhsulun qiymət siyasətinin müəyyənləşdirilməsi və qiymətqoyma prosesinin idarə edilməsi;
- Marketinq Kommunikasiyaları Şöbəsi ilə  çalışaraq brend dəyəri yaradılması və ya gücləndirilməsi üçün kommunikasiya strategiyasının, fəaliyyət planının və büdcəsinin  təyin edilməsi, strategiyaya uyğun brendlərin bazarda irəliləməsi və mövqeləndirilməsinin təmin edilməsi;
- Satış və Ticari Marketinq Şöbələri ilə birgə satış, kanal, merçendayzinq strategiyalarının müəyyənləşdirilməsi.

Tələblər:

- Yerli istehsal müəssisələrində təcrübənin olması;
- Yüksək ünsiyyət və liderlik qabiliyyətinin, qərar vermə bacarığının, analitik düşüncə  və layihə idarəetmə qabiliyyətinin olması;
- Rus və ingilis dili biliyi;
- Ölkədaxili və ölkəxarici ezamiyyət imkanlarının olması;
- Marka və Brend idarə edilməsi sahəsində iş təcrübəsi (FMCG sektorunda iş təcrübəsi olanlara üstünlük veriləcək);
- MS Office proqramları biliyi.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
İş qrafiki: 5 günlük

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Marka Meneceri” yazmaqla CV göndərərək müraciət edilir.