Əməliyyat riskləri şöbəsinin mütəxəssisi

  • PASHA Life
  • Elanın qoyulma tarixi: 14.04.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiya haqqında məlumat:

Struktur bölmə : Əməliyyat risklərinin idarəedilməsi şöbəsi
Vəzifə : Mütəxəssis
Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi) : 09:00-18:00
Son müraciət tarixi :  30 aprel 2019-cı il

Əsas vəzifə öhdəlikləri:

1. Əməliyyat risklərinin idarə edilməsi komandası tərəfindən başladılan və ya bu komandaya ötürülən layihələrdə iştirak;
2. Əməliyyat risklərinin idarə edilməsi istiqaməti üzrə hadisələrlə bağlı daxili sistemin tədbiqi və təkmilləşdirilməsi;
3. Risk Siyasəti çərçivəsində əməliyyat risklərinin idarə edilməsi; risklərin (həmçinin fraud və İT risk) aşkarlanması, qiymətləndirilməsi, risklərə nəzarət mexanizminin yaradılması və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi;
4. Əməliyyat risklərinin (həmçinin fraud və İT risklərin) şirkətdaxili monitorinq edilməsi və hesabatların hazırlanması;
5. Əsas risk (həmçinin fraud və İT risk) indikatorlarının müəyyənləşdirilməsi, tədbiqi və təhlili;
6. Şirkətdaxili risk mədəniyyətinin formalaşması, qiymətləndirilməsi və bununla bağlı müvafiq proqramlarda iştirak;
7. Müəyyən edilmiş əsas risk (həmçinin fraud və İT risk) qrupları üzrə daxili alətlərin/modellərin yaradılması və daim təkmilləşdirilməsində iştirak etmək;
8. Risklərin idarəedilməsi strategiyasını, risk yaradan daxili və kənar səbəbləri əks etdirən risk indikatorları və risk xəritəsinin hazırlanmasında iştirak edilməsi və onun mütəmadi olaraq nəzərdən keçirilməsi;
9. COSO prinsiplərinə əsasən fraud risklərinin idarə edilməsi üzrə daxili normativ bazanın yaradılmasında və tədbiqində iştirak;
10. BIA (Business impact Analysis - Biznesə təsir təhlili) təhlillərinin aparılması və Biznesin Fasiləsizlik Planının yenilənməsində iştirak;
11. Əməliyyat riskləri nöqteyi nəzərindən proses və məhsullardakı dəyişikliklərin təhlil edilməsi; yeni proses və məhsullar üçün oxşar təhlillərin aparılması;
12. Aidiyyəti struktur bölmələrlə birgə stress testlərin aparılmasında iştirak və gözlənilməz risklərin azaldılması ilə bağlı tədbirlər planının hazırlanmasında risk sahiblərinə dəstək göstərilməsi.

Namizədə olan tələblər:

İş təcrübəsi : Əməliyyat riskləri sahəsi üzrə ən azı 1 il iş təcrübəsi tələb olunur;
Təhsili/ixtisası : Ali - İqtisadiyyat və ya Riyaziyyat ixtisası üzrə bakalavr təhsili tələb olunur;
Dil bilikləri : Azərbaycan dilini yüksək, ingilis dilini yaxşı səviyyədə bilməlidir;
Kompüter bilikləri : MS Office, R proqramı və ya digər proqramlaşdırma dili;
Üstünlüklər: Magistr təhsili, İT risklərinin idarə edilməsi, Fraud risklərinin idarə edilməsi və ya Daxili nəzarət sahəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir;
Fərdi keyfiyyət tələbləri : Nəticəyə əsaslanma, inam yaratma, komanda işi və əməkdaşlıq, müştəri yönümlülük, problem həlletmə, gələcəyi planlaşdırma.

İmtiyazlar:

Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (012) 942

Vakansiya üçün müraciət qaydası : Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidinə daxil olmaqla “Əməliyyat riskləri şöbəsinin mütəxəssisi” vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.

İşəgötürənin reytinqi