Xidmət üzrə mütəxəssis / Aparıcı mütəxəssis

  • Express Bank
  • Elanın qoyulma tarixi: 07.04.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: Xidmət üzrə mütəxəssis / Aparıcı mütəxəssis

Tələblər:

- Ali iqtisadi, riyazi təhsil;
- İstehlak kreditləri sahəsində 1-3 il təcrübə;
- Azərbaycan və rus dilində sərbəst danışıq bacarığı;
- Analitik düşüncə;
- Әla ünsiyyətqurma və komandada işləmək bacarığı;
- Bank və ya bank olmayan kredit təşkilatında (kredit və əməliyyat üzrə) işləyən namizədlərə üstünlük verilir.

Vəzifə öhdəlikləri:

- Fiziki şəxslərin cəlb edilməsi və çarpaz satışın təşkili;
- Kredit və əməliyyat bazarının təhlil etmə bacarığı;
- Müştərilərin kredit və əməliyyat məhsullarına dair məlumatlandırılması.

Əsas üstünlüklər:

- Azərbaycanda fəaliyyət göstərən aparıcı banklarının birində iş təcrübəsi;
- AR Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi;
- Tibbi sığorta;
- Əmək haqqı müsahibə nəticələrinə görə fərdi olaraq müzakirə edilir;
- Professional və maddi inkişaf perspektivləri;
- Karyera artımında şəffaflıq.

E - mail : [email protected]

İşəgötürənin reytinqi