İşin təsviri
                
                
                                
                Təsvir
	- Nağd vəsaitlərin və digər qiymətlilərin saxlanılması, qorunması və uçotunu aparır;
- Nağd vəsaitin Mərkəzi Bank, digər bank, filiallara və şöbələrə müvafiq qaydada göndərilməsini və qəbulunu təşkil edir;
- Expresspay ödəniş terminallarının ödəniş kasetlərini inkassatorlardan qəbul edir və yoxlayır;
- Expresspay ödəniş terminallarının kasetlərindən vəsaiti qəbul edir və çek ilə yoxlayır;
- Bankomatlara yüklənəcək vəsaitləri hazırlayır və inkassatorlara təhvil verir;
- Bankomatlardan gətirilən vəsaiti qəbul edir və bankomat çeki ilə üzləşdirir;
- ABİS-də müvafiq kassa əməliyyatlarını aparır;
- Mərkəzi Banka təhvil verilən vəsaitləri çeşidləyir və formalaşdırır.
Tələblər
	- Ali iqtisadi təhsil;
- Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır; 
- Ünsiyyətcil, təşəbbüskar; 
- Komandada işləmək bacarığı; 
- Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti; 
- Riyazi hesablama aparmaq qabiliyyəti; 
- Dəqiqlik və detallara fikir vermə qabiliyyəti.
Vakansiya haqqında
	- Vakansiya növü - Tam ştat
- Təcrübə - 1 ilədək
- Təhsil - Bakalavr
İmtiyazlar
	- Bizim üstünlüklərimiz: Tibbi sığorta; Bilik və bacarıqlarının təkmilləşdirilməsi üzrə təlimlər; Professional və maddi inkişaf perspektivləri; Peşəkar korporativ mühitdə işləmək imkanı.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.