Keyfiyyətə Nəzarət Departamentinin Mühəndisi (fasad işləri üzrə)

  • SMTS
  • Elanın qoyulma tarixi: 07.04.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Keyfiyyətə Nəzarət Departamentinin Mühəndisi (fasad işləri üzrə)

Vəzifə öhdəlikləri:

1. Fasad işləri üzrə aparılacaq hesabatları bilməli, təqdim olunmuş hesabatları araşdırmalı, düzgünlüyünü yoxlamalı və nəticə barədə KND menecerinə məlumat verməli;
2. Hava, su və səs keçirməməzlik, külək yükü və s. tələb olunan testlərin keçirilməsində iştirak edib, nəticələrin uyğunluğunu yoxlamaq;
3. Keçirilmiş bütün növ testlər üzrə sertifikatların və nəticələrin əldə olunması;
4. İstifadə olunacaq bütün növ materialların layihəyə uyğunluğunu yoxlamaq, material sertifikatlarını tələb etmək;
5. Fasad işləri layihələrini layihəçi və subpodratçı təşkilat ilə müzakirə etmək;
6. Fasad işləri üzrə subpodratçının işinin keyfiyyətinə nəzarət etmək, gündəlik hesabatlar təqdim etmək, uyğunsuzluqların aradan qaldırılması üçün önləyici tədbirlər görmək, əgər bu mümkün deyilsə, uyğunsuz iş barədə hesabat tərtib etmək və vaxtında aradan qaldırılamsına nail olmaq;
7. Fasad layihə cizgilərinin digər mühəndislik sahələri və memarlıq cizgiləri ilə koordinasiyasını təhlil etmək;
8. Layihə və ya icraçı (subpodratçı) şirkətdən təhvil alınan fasad işləri layihələrinin standartlara uyğunluğunu yoxlamaq və aşkar olunan problemli sahələri layihəçi şirkətə və öz rəhbərinə bildirmək;
9. Tikinti sahəsində fasad quraşdırma işlərinin təhlili, yoxlanılması və koordinasiyanı təşkil etmək;
10. Fasad panelləri, profil, şüşə və s. materialların təsdiq edilmiş layihə sənədləri və göstəriciləri əsasında spesifikasiyalarını təyin etmək;
11. Layihənin sonunda son texniki dəyərləndirməni və yoxlamanı yerinə yetirmək;
12. Tikinti sahəsində görülən işlərlə bağlı müştəri və podratçı ilə mütəmadi əlaqə yaratmaq;
13. İşin (xidmətin) keyfiyyətinin pisləşməsi səbəblərini, onların aradan qaldırılması üzrə təkliflər və həmçinin iştirak edən bütün bölmələrin məsuliyyətinin artırılması üzrə zəruri tədbirlərin işlənib hazırlanmasını öyrənmək;
14. Keyfiyyət nəzarət məqsədilə verilmiş müxtəlif tapşırıqları icra etmək;
15. KND meneceri tərəfindən vəzifələrin yerinə yetirilməsi, sifariş və sərəncamların vaxtında və səmərəli icrası üçün cavabdehlik daşıyır;
16. Məxfi informasiyanın və şirkət sirlərini saxlamağa məsuldur;
17. Əmək intizamına və daxili intizam qaydalarına riayət etməklə məsuliyyət daşıyır.

Namizədə olan tələblər:

• Ali texniki təhsil (İnşaat sahəsində Ali təhsili olanlara üstünlük veriləcək)
• Keyfiyyətə nəzarət mühəndisi (fasad işləri üzrə) olaraq inşaat sektorunda ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı
• Müəssisənin keyfiyyət menecmenti sisteminə İSO standart tələbləri;
• Azərbaycan, rus və ingilis dilləri əla səviyyədə bilməli
• MS Office, AutoCad əla səviyyədə bilməli
• Yüksək səviyyədə texniki biliklərinin olması
• İşgüzar ünsiyyət bacarığı
• Komandada işləmək bacarığı
• Vaxt və resursların planlaşdırılması kimi təşkilati bacarıqlar.

Digər tələb və şərtlər:

- Yaş həddi: 25-55
- Əmək haqqı 1500-2500 AZN (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
- İş rejimi: həftədə 6 gün, 09.00-dan 18.00-dək (nahar fasiləsi 2 saat)
- Nahar şirkət tərəfindən verilir

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində [email protected] elektron ünvanına mövzu yerinə “Keyfiyyətə Nəzarət Departamentinin Mühəndisi (fasad işləri üzrə)” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.