Metal konstruksiya üzrə keyfiyyət mühəndisi (QC)
Namizədə dair tələblər:
• Sərbəst Azərbaycan dili
• Rus və İngilis dili arzuolunandır
• Kompüter proqramları : Autocad, Microsoft Ofice
• Minimum 3 il keyfiyyət mühəndisi kimi əmək fəaliyyəti olmalı
• İstiqamət üzrə yaxud texniki ali təhsil
• Ünsiyyət və analitik düşünmə bacarığı olmalıdır;
• Komandada işləmək bacarığına sahib olmalıdır;
Vəzifələr:
Müəssisəyə satın alınan və proses xəttində anbarlama əməliyyatlarına girən bütün materialların (xammallar, köməkçi maddələr, boya maddələri və s.) davamlı nəzarətini aparmaq, uyğunsuzluqların sənədləşdirilməsi və rəhbərliyə məlumatın verilməsi (Giriş nəzarəti).
Avtomatlaşdırılmış layihə sistemindən istifadə edərək yoxlamalar zamanı müvafiq görüntülərin və məlumatların əldə edilməsi:
Görülən işlər və aparılan yoxlamalar ilə əlaqədar hər cür qeydlərin tutulmasına, sənədlərin tənziminə, müəyyən olunmuş məlumat axınına, iş axınına və hesabat sistemlərinə riayət etmək.
Metal Konstruksiyaların ümumi yığımı zamanı bütün detalların təyin edilmiş addımlarda çizgilər əsasında yoxlanılmasının təmin edilməsi (Ölçü nəzarəti).
Təsbit etdiyi uyğunsuzluqları hesabat şəklində rəhbərinə bildirmək, aradan qaldırılmasını, qeydlərin tutulmasını və əlaqədar rəhbərə çatdırılmasını təmin etmək.
Prosesdə istehsal nəticəsində uyğunsuzluq kəsb edən vəsaitlər istifadə edilərkən düzəldici və önləyici fəaliyyətlərə yerində nəzarət etmək.
Mütəmadi sahələrdə işlərə, material dəyişikliklərinə və uyğunluqlarına istehsal rəhbəri ilə birlikdə nəzarət etmək, uyğunsuzluqlar üçün alına biləcək tədbirlərin müəyyənləşdirilməsi üçün rəhbərə təkliflər vermək və qərar verilən icraları təqib etmək.
Təcrübə üçün hazırlanmış nümunənin yaxud şablonların quraşdırılmasında, sınağında və istismara təhvil verilməsində, həmçinin konstruksiya olunan məmulatın təkmilləşmə, modernləşmə,vahid şəklə salınmasında iştirak edir.
İş şəraiti:
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
Nahar ilə təmin edilmə
Yüksək əmək haqqı
Yuxarıda qeyd edilən tələblərə uyğun namizətlər CV-lərini mövzu yerinə Metal konstruksiya üzrə keyfiyyət mühəndisi yazmaqla [email protected] elektron ünvanına göndərə bilərlər.