Data analitik

İşin təsviri

Dövlət orqanının adı : “Elektron Hökumətin İnkişafı Mərkəzi” Publik Hüquqi Şəxsi
Departamentin adı : Strateji inkişaf və rəqəmsal kommunikasiyalar
Şöbənin adı : Strateji araşdırmalar və data analitika
Vəzifənin adı : Data analitik

Vəzifə funksiyaları:

• müxtəlif sistemlər üçün monitorinq (KPI) və strateji panellərin hazırlayır, dövri olaraq yenilikləri edir və onlara nəzarət edir;
• müxtəlif sistemlər üçün məlumatların ilkin təhlilini edir (EDA) və diaqnoztik təhlilin tətbiq edir;
• proqnozlar verir və modellər hazırlayır;
• rəhbərliyin və digər departamentlərin tələblərinə uyğun olaraq analitik təhlilləri təmin edir;
• məlumatların analizini aparır və nəticəyə uyğun olaraq təkliflər hazırlayır;
• dataların təhlili prosesində yaranan çətinlikləri aradan qaldırır, data keyfiyyətinin artırılması prosesində iştirak edir;
• dövri və illik data hesabatlar hazırlayır;
• departament müdiri və şöbə müdiri tərəfindən verilən tapşırıqları yerinə yetirir.

Təhsil və ixtisas tələbləri

• Ali Təhsil (Tətbiqi Riyaziyyat, Kibernetika, Statistika, Kompüter elmləri sahəsində təhsilə üstünlük verilir)

Peşəkar bacarıqlara dair tələblər

• Datanın vizuallaşdırılması üzrə proqram təminatı ilə işləmə bacarığı (Tableau üstünlükdür)
• SQL sorğu dilindən istifadə bacarığı
• Modelləşdirmə üzrə proqram təminatı (R, Python və ya SPSS Modeler) ilə işləmə bacarığı

Xarici dil bilikləri

İngilis və rus dilləri üzrə biliklər

• ixtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşmək və fikrini bildirmək.

İş təcrübəsi

• İş təcrübəsi ən azı 2 il

Son müraciət tarixi: 15 mart 2019-ci il

E - mail : [email protected]