İnzibati idarəçi

İşin təsviri

Vəzifə: İnzibati idarəçi
Şirkət: PITS MMC
Ünvan: Salyan şosesi 32
Ölkə: Azərbaycan

Vəzifə Öhdəlikləri:

 Daxil olan zənglərə cavab vermək, texniki sualları cavablandırmaq/yönləndirmək;
 Şirkətin sosial şəbəkələrdən gələn sorğuların idarəsini tam həyata keçirmək və aktivliyin daimi olmasını təmin etmək;
 Təqdim edilən yaddaş qurğularını qeydiyyata almaq;
 Qeydiyyat sənədləri vaxtaşırı çeşidləmək və qaydada saxlamaq;
 Şirkətin digər ölkələrdə olan şöbələri ilə daimi məlumat mübadiləsini təmin etmək və gələn sorğuların qruplaşdırılaraq mühəndis heyətinə bildirilməsi;
 Yeniliklərlə bağlı müştəriləri məlumatlandırmaq;
 Telefon zəngi hesabatlarını hazırlamaq;
 Sorğuları sistemə salmaq, izləmək və mühəndisləri məlumatlandırmaq
 Mühəndislərlə müştərilər arasında daim yenilənən məlumat mübadiləsini təmin etməkdə köməklik göstərmək;
 İşçilərin işə davamiyyəti proseduralarını tətbiq etmək və nəzarətdə saxlamaq;
 Xidmət sahəsi üçün vacib olan müştəri məmnuniyyəti faktorunu daim nəzarətdə saxlamaq;
 İnzibati işləri nəzarətdə saxlamaq və menecerə vaxtaşırı məruzə etmək;
 Aktiv işlərin icrasına dair məsul şəxsləri nəzarətdə saxlamaqda köməklik göstərmək;
 Öncədən təyin olunmayan sorğuların qısa zamanda həllinə köməklik göstərmək;
 Hesabatlar/Cədvəllər hazırlamaq və vaxtlı-vaxtında yeniləmək

Bilik və Bacarıqlar:

 Masaüstü və noutbuk kompüterlərlə, smartfonlarla işləmək
 Windows əməliyyat sistemində işləmək
 MS Office proqramlarında  (Word, Excel and PowerPoint) sərbəst işləmə bacarığı
 Problemləri düzgün analiz edə bilmə
 İnzibati işləri prioritetləşdirmək bacarığı
 İnzibati işlərdə sürətli qərar verə bilmə bacarığı
 İnzibati işlərdə yenilikləri tətbiqetmə bacarığı
 Gərgin mühitdə işləmək
 Azərbaycan, rus və ingilis dillərində sərbəst, yazılı və şifahi ünsiyyət qura bilmə bacarığı
 Komanda daxilində işləyə bilmə, işləri koordinasiya edə bilmək
 İnformasiya texnologiyaları üzrə ilkin biliklərə malik olmaq
 Ölkələr arası səyahət edə bilmə imkanı olmalıdır

İş saatları: 09:00-18:00

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər.
Uyğun tələblər üzrə iş təcrübəsi olan şəxslərə üstünlük veriləcək. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində İnzibati İdarəçi  qeyd etməyiniz xahiş olunur. Mövzusu başqa cür qeyd edilmiş email-lərə baxılmayacaq.