PITS Azərbaycan Texnoloji Həllər Şirkəti


Bu gün PITS Texnoloji Həllər Şirkəti Azərbaycan, Türkiyə və Gürcüstanda fəaliyyət göstərərək beynəlmiləl statuslu şirkətə çevrilmişdir. Şirkətimiz 2014-ci ildən etibarən İnformasiya Texnologiyaları sektorunda fəaliyyət göstərərək çoxsaylı layihələr təhvil vermişdir və regional tenderlərin qalibi seçilmişdir. Fəaliyyəti ərzində yerli və xarici şirkətlərlə, müxtəlif səpkidə fəaliyyət göstərən təşkilatlarla uğurlu iş birliyi sazişləri imzalamışdır. Akkreditə olunmuş şirkətik. Şirkət 2017-ci ildən etibarədən ISO 9001:2015, ISO 27001: 2013, ISO 20000-1:2011, OHSAS 18001:2007 sertifikatlarına malikdir. Azərbaycanda, Türkiyədə və Gürcüstanda daimi ofislərimiz, maddi texniki bazamız və mühəndislərimiz var. İT xidmətlər ilə yanaşı PITS şirkəti Qafqaz regionunda ilk dəfə olaraq, Dekabr 2014-cü ildə ISO 100 Təmiz Otaq Standartlarına cavab verən Məlumatların Bərpası və Məhv Edilməsi üzrə Laboratoriyanın təməlini qoymuşdur.

Bu yöndə artıq mütləq birincilik qazanan şirkət, bundan əlavə PITS Həssas Biznes Məlumatlarının Sanitarizasiyası və HDD və digər İT avadanlıqların utilizə edilməsi üzrə xidmətlərin göstərilməsi üçün qəbul olunmuş beynəlxalq standart və proseduralara cavab verən maddi texniki bazaya malikdir. Şirkətimizin iri korporativ müştərilərə təqdim etdiyi müstəsna xidmətlərindən biri də Şəbəkə Təhlükəsizlik Sisteminin Dəyərləndirilməsi (Network Vulnerability Assessment) xidmətidir. Təqdim etdiyimiz bu xidmətlərimizlə istənilən ölçülü şəbəkələrdəki nasazlıqlar və boşluqlar barədə təfsilatlı hesabatlar təqdim edirik.

Qeyd edək ki, bu kimi xidmətləri təqdim edən mühəndis heyətimiz CISA, CISM, CEH, ECSA, LPT, PMP və digər beynəlxalq miqyasda tanınmış sertifikatların sahibidirlər. Xüsusi xidmətlər siyahısına həm də Portativ Elektrik Cihazları və Ləvazimatlarının Yoxlanılması (PAT Testing), müxtəlif növ tibbi avadanlıqların sazlanması və kalibrlənməsi xidmətlər paketi də daxildir.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?