İnsan resursları İdarəsi, işə qəbul şöbəsi, aparıcı mütəxəssis

İşin təsviri

Vəzifə üzrə tələb olunan biliklər: 

- Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi;
- Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair biliklər;
- Kadr işinin təşkilini, sənədləşdirmə və hesabatların tərtib edilməsi;
- İnsan resurslarının idarə edilməsi sahəsində nəzəri biliklər;
- İşə qəbul prosesi, xüsüsən müsahibələrin keçirilməsi sahəsində nəzəri və praktiki biliklər.

Tələb olunan fərdi keyfiyyət göstəriciləri: 

- İnandırmaq, qəbul etdirə bilmək və təsir etmək bacarığı;
- Araşdırma, təhlil, müqayisə və qərar vermək bacarığı;
- Yüksək səviyyədə yazılı və şifahi qaydada ünsiyyət qurmaq bacarığı;
- Təşkilatın strukturunu təhlil edə bilmək və anlamaq bacarığı;
- Əmək bazarını təhlil edə bilmək bacarığı və məlumatlılıq;
- Məqsədyönümlülük, nəticəyönümlülük;
- Fərdi inkişaf və peşəkarlığa yönümlülük;
- Komanda ilə işləyə bilmək bacarığı;
- Daxili motivasiyalı.

Digər tələb və üstünlük göstəriciləri: 

- İqtisadiyyat, idarəetmə, mühəndislik, yaxud psixologiya sahəsində ali təhsil;
- İnsan resursları sahəsində beynəlxalq sertifikat;
- Rus və ingilis dillərində fikrini sərbəst ifadə etmək və ədəbiyyatlardan istifadə etmək;
- Bölgələrə ezamiyyətlərə getmək imkanı;
- Kişi namizədlərə üstünlük verilir.

Vəzifə öhdəlikləri: 

- Mövcud vakansiyalar üzrə müraciətlərin təhlili;
- Müsahibə və peşə imtahanlarının təşkili;
- Şöbənin gündəlik fəaliyyətilə əlaqədar digər işlərin həyata keçirilməsi;
- Müsahibə komissiyaları ilə iş;
- Kompetensiya modeli üzrə iş;
- İşə qəbul proseslərinin avtomatlaşdırılması üzrə iş.

Vakansiyanın elan olunma tarixi: 14.01.2019
Son müraciət tarixi: 17.01.2019
“AZƏRBAYCAN DƏMİR YOLLARI” QAPALI SƏHMDAR CƏMİYYƏTİ

İNSAN RESURSLARI İDARƏSİ
Dilarə Əliyeva 230, www.ady.az, [email protected]