Korporativ satış şöbəsinin mütəxəssisi

  • Xalq Sığorta
  • Elanın qoyulma tarixi: 17.12.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Korporativ satış şöbəsinin mütəxəssisi

İş barədə məlumat

- Potensial müştərinin cəlb edilməsi məqsədi ilə birbaşa əlaqənin qurulması və onlarla görüşlərin keçirilməsi
- Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək
- Sığorta qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək
- Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək
- Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq
- İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.

Namizədə tələblər

- Yaş: 23-40
- Xoş xarici görünüşlü bəy və xanım namizədlər
- Təhsil: Ali
- İş təcrübəsi: Müştəri xidmətləri, satış sahəsində (həmçinin sığorta və ya bank sahəsində) olanlara üstünlük verilir
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili(əla) və əlavə olaraq İngilis dili (arzuolunandır

Şərtlər:

- Əmək müqaviləsi bağlanılır
- İş vaxtı: 09:00-dan 18:00-dək
- İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
- Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Korporativ satış şöbəsinin mütəxəssisi” qeyd etmələri xahiş olunur.

İşəgötürənin reytinqi