Vəzifə: Çağrı Mərkəzində ödənişli təcrübə proqramı
Yerləşmə: Bakı şəhəri
Tələblərimiz:
• Azərbaycan və rus dillərində mükəmməl şifahi və yazılı ünsiyyət bacarıqları
• Microsoft office proqramlarında işləmə bacarığı
• Aydın və səlis nitq
• Fikrini düzgün şəkildə izahetmə qabiliyyəti
• Səbrli və məsuliyyətli
• Müvafiq sahədə iş təcrübəsi arzuolunandır
Əsas öhdəliklər:
• Vaxtlı-vaxtında böyük həcmdə daxil olan və gedən zənglərin idarə edilməsi
• Müştərilərin sorğularının həm telefon, həm elektron poçt vasitəsilə idarə edilməsi
• Müştərilərə məhsul və xidmətlər barədə məlumatın təqdim edilməsi
• Yeni müştərilər haqda məlumatın sistemə daxil edilməsi
• Müştəri haqda mövcud məlumatın yenilənməsi
• Sorğuların, formaların və ərizələrin emalı
• Zənglərin müvafiq mənbələrə ötürülməsi
• Tələb olunan hallarda müştərilərin zənglərinə nəzarət
• Standart əməliyyat prosedurlarına əsasən zənglər haqqında bütün məlumatların sənədləşdirilməsi
• Zənglər haqqında hesabatların hazırlanması
Necə müraciət etməli:
Xahiş olunur CV-nizi məktubun “Çağrı mərkəzində təcrübə proqramı” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərəsiniz.
Son müraciət tarixi – 13 dekabr 2018-ci il