Qaynaq mühəndisliyi və sınaqları şöbəsinə müdir

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Şirkətin bütün qaynaq, metal konstruksiya, boya və izolasiya xidmətlərinin, o cümlədən sınaqlarının təşkili, aparılması, çatdırılması, ümumi nəzarəti və cavabdehliyini təmin etmək
• Bütün testlərin, o cümlədən, NDT – Radigoraphy (RT), Ultrasound (UT), Magentic Particle (MPI), Liquid Penetrant (PT), PWHT, Mexaniki sınaqlara və s. sınaqların tam şəkildə tələblərə uyğun həyata keçirilməsini təmin etmək 
• Mütəmadi olaraq qaynaq üzrə inspektorlar və əlaqəli test personalı ilə işin keyfiyyətli və məhsuldar gedişatı üçün iclasların təşkili
• Tabeçiliyində olan işçilərin kvalifikasiyasının qorunması
• Tikinti sahəsində inspektorların iş bölgüsünün təşkili
• Qaynaq üzrə inspektorlarını lazımi ölçmə cihazları ilə təmin etmək
• Tabeçiliyində olan işçilərdən Azərbaycan Rspublikasının qanunvericiliyinin tələbinə əsasən Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi ilə bağlı qanunlarını tələb etmək
• Qaynaq prosedurlarının beynəlxalq standartlar və yerli tikinti-normativlərinin tələblərinə əsasən hazırlanması
• Metal, qaynaq birləşmələrinin və qaynaq proseslərinin Standartlara və yerli tikinti-normativlərinə əsasən nəzarəti
• Podratçı şirkətin təqdim etdiyi tikinti normativlərinə aid sənədlərin yoxlanılması
• Tikinti sahəsində aparılan işlərə aid hesabatların müştəri tərəfə təqdim olunması

Tələblər:

• Ali təhsil (texniki)
• Ən azı 5 il Qaynaq Mühəndisliyi və Sınaqları üzrə iş təcrübəsi
• Ofis proqramlarında sərbəst iş bacarığı;
• Yüksək səviyyədə ünsiyyət qurabilmə qabiliyyətinə malik olmalı
• İşgüzar və məsuliyyətli olmalı;

Şərtlər:

• Əmək haqqı namizədlə görüş zamanı müəyyənləşdiriləcək.
• İş saatı: 09:00-dan 18:00-dək (5 günlük iş rejimi)
• Şirkət tərəfindən naharla təmin ediləcək.

Əmək haqqı : 3000 - 4000 AZN (yalnız namizəddən asılı olaraq).

Əlavə məlumat :

• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Qaynaq mühəndisliyi və sınaqları şöbəsinə müdir” yazaraq [email protected]  ünvanına göndərmələri xahiş olunur.
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır..

Caspian Engineering Solutions MMC tərəfindən digər vakansiyalar