Biznes inkişafı üzrə baş mütəxəssis

İşin təsviri

Vəzifə: Biznes inkişafı üzrə baş mütəxəssis

Əsas vəzifə və öhdəliklər:

1. Biznes analitikdan alınmış analitik təhlilə əsasən yük bazasını formalaşdırmaq;
2. Yük bazası əsasında yeni müştərilər və tərəfdaşlar axtarmaq;
3. Yeni müştərilər ilə daimi ünsiyyətdə olmaq, Azərbaycan üzərindən keçən tranzit marşrutları, cəmiyyətin xidmətləri haqqında ətraflı məlumatı onlara çatdırmaq və onların tələb və təkliflərini öyrənmək;
4. Cəmiyyətin digər partnyor şirkət və qurumları ilə görüşlər keçirmək;
5. Alternativ marşrutların statistik təhlili işində iştirak etmək (tarif, zaman, təhlükəsizlik və s.)
6. Şirkətin digər partnyor şirkət və qurumlarla keçirdiyi görüşlərdə iştirak və danışıqların nəticəsinə dair protokolları tərtib etmək;
7. Cəmiyyəti yerli və beynəlxalq səviyyədəki tədbirlərdə təmsil etmək;
8. Müxtəlif layihələr üçün elektron təqdimatlar hazırlanmasına yardım etmək;
9. Layihə daşınmalarının həyata keçirilməsi üçün iqtisadi təhlillərin aparılması;
10. Cəmiyyətin xarici ölkədə yerləşən nümayəndəlikləri ilə işləri koordinasiya etmək;
11. Aparıcı bazarlarda yeni nümayəndəliklərin açılması istiqamətində araşdırmalar aparmaq;
12. Müxtəlif tədbirlər üçün elektron təqdimatların və eyni zamanda şirkət profilinin hazırlanması və mütəmadi şəkildə yenilənməsinə yardım etmək;
13. Müştəri və tərəfdaş şirkətlərin elektron bazasının yaradılması və mütəmadi şəkildə yenilənməsini təmin etmək;
14. Müəssisədaxili və müəssisəxarici istifadəçilər üçün Biznesin inkişafı şöbəsinə dair məlumat vermək;
15. Şirkətin və müxtəlif layihələr üçün internet səhifələrinin  hazırlanmasında və yenilənməsində iştirak etmək;
16. Yük daşınmaları departamentinin əməkdaşlarını tələb olunan tarif məlumatları ilə operativ təmin etmək;
17. Təyin edilmiş vaxtlarda büdcə nəzarəti etmək və hesabat hazırlamaq;
18. Həftəlik iş planı hazırlamaq və həftə sonu görülən işlər haqda hesabat təqdim etmək.

Tələb olunanlar

- Təhsil dərəcəsi: İqtisadiyyat, biznesin idarə edilməsi və ya marketinq sahələri üzrə bakalavr dərəcəsi
- Marketinq, biznesin təşkili və idarəedilməsi üzrə biliklər
- Təcrübə: Sahə üzrə ən az 3 il,
- Tədqiqat qabiliyyəti
- Kommunikativ
- Təşəbbüskarlıq
- Müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı
- Marketinq kommunikasiyaları üzrə biliklər
- Bazar iqtisadiyyatının əsasları
- Satış texnikaları sahəsində biliklər
- Rus dili, ingilis dili əla səviyyədə
- Kompüter proqramları: MS Office (Word, Excel, PowerPoint, Visio, Outlook və s.)

Namizədlər öz CV-lərini  mövzu yerində "Biznesin inkişafı üzrə baş mütəxəssis” vəzifəsinin adını qeyd etməklə [email protected]  ünvanına   01.11.2018-ci il tarixinə qədər göndərə bilər.