Çəngəlli avtoyükləyici (Avtokar) sürücüsü

İşin təsviri

Vəzifənin təsviri:

  • Departament rəhbərinin təqdim etdiyi sifarişlərə əsasən, nəqliyyat vasitələrini fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirmək.
  • Nəqliyyat vasitəsinin gündəlik işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək; nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqları vaxtında bilavasitə aradan qaldırmaq və ya aradan qaldırılmasını  təmin etmək;
  • İstifadə etdiyi nəqliyyat vasitəsinin istismarı üzrə təlimatları, qaydaları şərtsiz riayət etmək;
  • İstifadə etdiyi nəqliyyat vasitəsinin iş rejimini və xüsusi iş şərtlərini bilmək, onun bu rejim üzrə istismarına və     texniki xidmətlərinə daim hazır olmaq;
  • İstifadə etdiyi nəqliyyat vasitəsinin  sıradan çıxdığı hallarda müvafiq aktların, digər sənədlərin tərtibatında və imzalanmasında iştirak etmək.
  • Əmək və istehsal intizamının, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət etmək.
  • Rəhbərliyin verdiyi digər tapşırıqlara əməl etmək.

Vəzifəyə dair tələblər:

  • Çəngəlli avtoyükləyicinin idarə olunması bacarığı;
  • Bu sahədə minimum 1 il iş təcrübəsi.

Vəzifənin tələb etdiyi səriştəliklər:

  • Kollektivlə işləmə bacarığı;
  • Məsuliyyətli olmaq;
  • Öyrənmə qabiliyyəti.

Müraciət etmək istəyənlər CV-lərini “Çəngəlli avtoyükləyici  Avtokar) sürücüsü” başlığı ilə göndərə bilərlər.

Logistika şirkəti tərəfindən digər vakansiyalar