İşin təsviri
Vəzifənin təsviri:
- Rəhbərin baxması üçun daxil olan korrespondensiyanı qəbul edir, qəbul edilmiş qərara uyğun olaraq onu iş prosesində istifadə edilməsi, yaxud cavab hazırlanması üçün struktur bolmələrinə və ya konkret icracılara verir.
- Karguzarlığı aparır, qərarların hazırlanması və qəbul edilməsi zamanı məlumatların toplanılması, işlənilməsi və təqdim olunması üçün komputer texnikasını tətbiq etməklə muxtəlif əməliyyatları yerinə yetirir.
- Cəmiyyətin rəhbərinin imzalaması üçün sənədləri və şəxsi ərizələri qəbul edir.
- Rəhbərin işi üçün zəruri olan sənədləri və materialları hazırlayır.
- Rəhbərin telefon danışıqları aparmasını təmin edir, onun yerində olmadığı halda alınmış məlumatları qeyd edir və ona catdırır.
- Rəhbərin tapşırığı ilə məktubları, sorğuları və digər sənədləri tərtib edir, məktub muəlliflərinə cavabları hazırlayır.
- Rəhbər tərəfindən aparılan iclasların və muşavirələrin hazırlanması uzrə işi (zəruri materialların toplanılması, iştirakcıların tədbirin kecirimə vaxtı və yeri, gundəliyi və qeydiyyat barədə məlumatlandırılması) yerinə yetirir, iclasların və muşavirələrin protokollarını rəsmiləşdirir.
- Qonaqların qəbulunu təşkil edir, işcilərin xahiş və təkliflərinə baxılmasının operativliyinə kömək edir.
- Təsdiq edilmiş nomenklaturaya uyğun olaraq işləri formalaşdırır, onların saxlanılmasını və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təmin edir.
- Ehtiyac olduqda sürətçıxarma aparatı vasitəsi ilə sənədlərin sürətini çıxarır və ya skan edir .
- Cəmiyyətə daxil olan zəngləri qəbul edir, yönləndirir və ya cavablandırır.
- Rəhbər ilə razılaşdırılmaqla bütün dəftərxana ləvazimatları və zəruri avadanlıqların alışını təmin edir.
Vəzifəyə dair tələblər:
- Cəmiyyətin fəaliyyətinə dair qərar, sərəncam, əmr və rəhbər materialları, normativ sənədləri və karguzarlığın aparılmasını;
- Cəmiyyətin və onun bolmələrinin strukturunu və rəhbər heyətini;
- Karguzarlığın təşkilini, arxiv işini;
- Sənədlərin işlənilməsi və rəsmiləşdirilməsi metodlarını;
- Nümunəvi formalardan istifadə etməklə işguzar məktubların çap edilməsi qaydalarını;
- Əmək intizamı qaydalarını, əməyin muhafizəsinin norma və qaydalarını ;
- İşguzar ünsiyyət qaydalarını bilməlidir.
- Təhsil:Bakalavr və ya orta ixtisas təhsili
- İş təcrübəsi:minimum 1 il
- Dil bilikləri:Azərbaycan və Rus dili səlis,İngilis dili arzuolunandır.
- Kompüter bilikləri: MS Office proqramları
Vəzifənin tələb etdiyi səriştəliklər;
- Ünsiyyət bacarığı;
- Əməkdaşlıq ;
- Qərarqəbuletmə bacarığı;
- Rəhbərliklə həmrəylik;
- Öyrənmə qabiliyyəti.
Müraciət etmək istəyənlər CV-lərini “Ofis meneceri” başlığı ilə göndərə bilərlər.
Əmək haqqı:650 azn(vergilər daxil olmaqla)
Bölməsi: Marketing və İctimaiyyətlə Əlaqələr şöbəsi
Birbaşa tabe olduğu instansiya: Baş Direktor
Bilavasitə tabe olduğu instansiya: Baş Direktorun müavini
Email: [email protected]