Avtoyükləyici

İşin təsviri

Vəzifə: Avtoyükləyici

Əsas vəzifə və öhdəliklər:

1. Avtoyükləyicini yoxlamaq, aşkar edilmiş qüsurları iş öncəsi yoxlama vərəqində qeyd etmək və qüsurlar haqqında rəhbərliyə məlumat vermək;
2. Avtoyükləyicini təhlükəsiz idarə etmək bacaracağına malik olmaq;
3. Avtoyükləyicinin yükqaldırıcı mexanizmlərinin idarə etmə tərtibatlarından istifadə etmə bacaracağına malik olmaq;
4. Avtoyükləyici vasitəsi qəbul edilmiş və göndərilməyə  hazırlanmış yükləri müvafiq nəqliyyat vasitəsindən və vaqonlardan boşaltmaq və yükləmək;
5. Avtoyükləyicidə nasazlıqların  mövcudluğu halında onları aşkar etmək;
6. Beynəlxalq və yerli qanunvericiliyin tələblərinə müvafiq olaraq avtoyükləyicini təhlükəsiz idarə etmək;
7. İş yeri və görəcəyi tapşırıq ilə əlaqəli mövcud olan təhlükələri aşkar etmək bacaracağına malik olmaq;
8. Daşınacaq yüklərin təhlükəsiz yığıldığına əmin olmaq;

Tələb olunanlar

- Təhsil dərəcəsi: orta və ya orta-ixtisas
- Avtoyükləyicini idarə etmək vəsiqəsinə malik olmaq (FHN tərəfindən verilən)
- Təcrübə: Sahə üzrə ən az 3 il,
- Sumqayıt şəhəri, Ceyranbatan və ya H.Z. Tağıyev qəsəbəsi yaxınlığında yaşıyanlara üstünlük verilir.

Namizədlər öz CV-lərini  mövzu yerində "Avtoyükləyici” vəzifəsinin adını qeyd etməklə [email protected]  ünvanına   15.10.2018-ci il tarixinə qədər göndərə bilər.