Yük xəzinədarı

İşin təsviri

Vəzifə: Yük xəzinədarı

Vəzifə öhdəlikləri:

• Sahədə konteyner və vaqonların qəbulu və yola salınması zamanı yüklərin qəbul-təslim edilməsi, sənədlərin qeydiyyatının aparılması;
• Müvafiq sənədlərin operativ şəkildə yoxlanılmasının həyata keçirilməsi və təyinatı üzrə  təqdim edilməsi;
• Yüklərin qəbulu, yüklənməsi və  sahədən çıxarılması üçün qeydiyyatın aparılması və təsdiq edilməsi
• Malların daşınmasının təmin edilməsi üçün müəyyən edilmiş qaydada müştərilərə ödənişlərin aparılması üçün sənədlərin (invoys) təqdim edilməsi;
• Daxil olan yüklərin qeydiyyatının aparılması və müvafiq instansiyalara bu barədə vaxtaşırı hesabat verilməsi

Təhsil / Təcrübə:

• Təcrübə: Analoji sahə üzrə ən azı 1 il iş təcrübəsi;
• Təhsil: Ali və ya orta-ixtisas təhsili (maliyyə və ya mühasibatlıq üzrə);
• Dil billikləri: Azərbaycan və rus dili
• MS Office (Word, Excel) proqramları üzrə biliklər;
• Sumqayıt şəhəri, Ceyranbatan və ya H.Z. Tağıyev qəsəbəsi yaxınlığında yaşıyanlara üstünlük verilir.

Namizədlər öz CV-lərini  mövzu yerində "Yük xəzinədarı” vəzifəsinin adını qeyd etməklə [email protected]  ünvanına   15.10.2018-ci il tarixinə qədər göndərə bilər.